Qremio Mauaense İdman Klubu — Mauaense kimi də tanınan, 15 dekabr 1981-ci ildə təsis edilən və San-Paulu ştatının Maua şəhərini təmsil edən Braziliya futbol klubudur.

Tarixi Klub 15 dekabr 1981-ci ildə təsis edilmişdir. Mauaense klubu 1985-ci ildə Paulista Liqası Seriya A3-ün və 2003-cü ildə Paulista Liqası İkinci Diviziyasının qalibi olmuşdur.

Nailiyyətləri Paulista Liqası Seriya A3: Çempion (1): 1985 Paulista Liqası İkinci Diviziya: Çempion (1): 2003

Stadion Qremio Mauaense İdman Klubu öz ev oyunlarını Estadio Pedro Benedetti stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 8567 nəfərə bərabərdir.

İstinadlar

Kateqoriya:San-Paulu ştatının futbol klubları