Doles () — Qərbi Dvinanın yatağı ilə əhatələnmiş yarımada. Yarımadada üç yaşayış məntəqəsi vardır: Annuşka, Rumbenieşi və Lebenieşi

Coğrafiyası Sahəsi 20,2 km² təşkil edir. Üzəri meşə ilə əhatələnmişdir. Yarımada ərazisindən Lebava çayı axır. Riqi çayının cənubunda yerləşir.

Riqa SES tikintisinə qədər Doles ada idi.

Tarixi Doles adasının ilk dəfə 1226-cı ildə adı çəkilir. Bu zaman adaда İohann fon Dolenə vassal olaraq verilir. O, adada "Vesdole qalasını" inşa etdirir. İki il sonra qəsr dağıdılır. Sonrasan ikinci qəsr ucaldılır. 1288-ci ildə II İohann onu Dom kapitulisinə bağışlayır. 1298 ildə Livoniya ordeninin müharibəsi zamanı ada işğal olunmuş və qəsr dağıdılmışdır. 1359-cu ildə dağıdılmış qəsrin yerində üçüncü qəsr inşa edilmişdir ("Yaundole"). Qəsrin daxilindı çörək bişirilən yer, pivəxana və kiçik qəsr olmuşdur. 1318-ci ildə Roma papası adanı Livoniya ordenindən alaraq arziyepiskopa verir. Qəsr İsveç-Polşa müharibəsi zamanı polyaklar tərəfindən dağıdılmışdır.

İstinadlar

Kateqoriya:Latviya yarımadaları Kateqoriya:Keçmiş adalar Kateqoriya:Latviya adaları