Yaşar Abbasov () — FİFA kateqoriyalı azərbaycanlı futbol hakimi. Hakimin köməkçisi kimi 2012-ci ildən beynəlxalq oyunları idarə edir.
Bioqrafiya 1980-ci ildə Tovuzda anadan olan Yaşar Abbasov, 2012-ci ildən beynəlxalq dərəcəli hakimdir (FİFA referinin assistenti). 2001-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. 2006-cı ildən hakimlik etməyə başlayıb. Azərbaycan çempionatlarında həm Premyer-Liqada, həm də Birinci Divizion və əvəzedici heyətlərin oyunlarında hakimlik edib və hal – hazırda AFFA hakimlər komitəsində mütəxəssis vəzifəsində çalışır.
2014-cü ildə Macaristanda keçirilən U19 Avropa Çempionatının final mərhələsində,İzrail- Macaristan 1:2; Almaniya-Serbiya 2:2 ; Portuqaliya-Izrail 3:0 2015 Gənclər komandaları arasında Avropa çempionatının seçmə mərhələsinin bir neçə oyunu idarə etmişdir.Macaristan-Albaniya 0:2 ; Moldova-Uels 0:0 UEFA Avropa Liqasının təsnifat mərhələlərinin oyunlarını idarə etmişdir.
İstinadlar
Mənbələr Yashar Abbasov " Matches as assistant referee (ing.) Azerbaijani team of football referees assigned to UEFA Champions League games (ing.) Yaşar Abbasov Profile and Statistics on www.soccerpunter.com (ing.)
Kateqoriya:Azərbaycan futbol hakimləri Kateqoriya:Azərbaycan Beynəlxalq Universitetinin məzunları