() — aləminin tipinin sinfinin dəstəsinə aid heyvan kladı.
Torpağı eşməyə uyğunlaşmışlar. Gözlərinin üstündə dəri pərdə var. Amfisbenlər qurdvari heyvanlardır, üzəri pulcuqla deyil, ümumi qərni pərdə ilə örtülüdür, yeraltı-qazıcı yaşayışa uyğunlaşıblar. Bunlarda ətraf yoxdur. Torpağı qazmağa uyğunlaşma ilə əlaqədar olaraq başları xüsusi quruluşa malikdir, möhkəm qalxancıqlarla örtülüdür. Soxulcan kimi torpağın altında həm irəli, həm də geriyə hərəkət edə bilir. Ona görə bunlara ikiyerişliər deyilirustafayev Q. T., Tağıyev Ə. N., Sadıqova N. A. Onurğalılar zoologiyası. Dərslik. Bakı: Bakı Universiteti Nəşriyyat, 2009, s.288–202.
23 cinsə mənsub 184 növü məlumdur. Geniş yayılmış fəsiləsi 20-ədək cins dən və 120-ədək növdən ibarət ikiyerişlilərdir. Şimali Amerika, Mərkəzi Amerika və Cənubi Amerika, Afrika subtropik qurşaqlarında, Pireney yarımadası və Ərəbistan yarımadasında yayılmışlar. Əsasən, həşərat və xırda onurğasızlarla qidalanır. Qarışqa, termit və siçan yuvalarına 2–6 yumurta qoyur və çox vaxt orada da yaşayırlar.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avropa sürünənləri Kateqoriya:Asiya sürünənləri Kateqoriya:Afrika sürünənləri