Tonino-Aniv yarımadası — Saxalin adasının cənub-şərq hissəsində yerləşir. Yarımadanın şimal qutaracağı Svobodnı (Tonin), cənub-şərq qutaracağında isə Aniva burnu qərarlaşır. Yarımadanın uzunluğu 90 km, eni isə 3 – 19 kmТонино-Анивский полуостров — статья из Большой советской энциклопедии. təşkil edir. Saxalin adasına Muravyovski bərzəxi ilə birləşir. Yarımada ərazisindən Tonino-Aniv silsiləsi keçir. Ən hündür nöqtəsi Kruzenştern dağıdır (670 m). Ərazisini qarışıq meşələr örtmüşdür. Yarımada ərazisində çoxlu sayda göl vardır: Böyük Vayayskoe, Busse gölü, Böyük Çibisan gölü, Tunayça gölü.

İstinadlar

Kateqoriya:Saxalin vilayəti yarımadaları Kateqoriya:Saxalin