Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır.

Məzmun

Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.

Rollarda Klod Peron-Marion Alber Düpontel-Berni Noel Roland Blanş-Donald Uillis Elen Vinsan Roland Bertin-Ramonda Pol Le Person

Kateqoriya:1996-cı ilin filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:1996-cı ilin Fransa filmləri Kateqoriya:Fransanın dram filmləri