Utiçi adası — Şantar adaları qrupuna daxil olan kiçik ada. Böyük Şantar adasında yerləşən Radujnı burnundan 8 km aralıda yerləşir. Adanın uzunluğu 2,5 km, eni isə 500 m təşkil edir. Ada ərazisində Şantar adaları arasında ən böyük eynəkli təmizçi koloniyası vardır. 1991-92-ci illər ərzində 17500 çüt quş qeydə alınmışdırA.Ya. Kondratyev, N.M.Litvinenko, Y.V.Shibaev, P.S.Vyatkin, and L.F.Kondratyeva «The breeding seabirds of the Russian Far East» . Suiti yerləşim yerləri vardır. 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları» yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.

İstinadlar

Kateqoriya:Xabarovsk diyarı adaları Kateqoriya:Oxot dənizi adaları