350px|thumb|Nina mətbəəsinin binası bu gün Nina mətbəəsi () — XX əsrin əvvəllərində Bakıda gizli şəkildə fəaliyyət göstərmiş mətbəə. Nina mətbəəsi əsasən bolşevik yönümlü təbliğatla məşğul olurdu və İskra qəzeti ilə sıx fəaliyyət göstərmişdir.

Mətbəənin adı qədim şumerlərdəki Nina ilahəsindən götürülmüşdür. Əfsanəvi Nineviyanın və Assuriya imperiyasının yaradıcısını bu cür adlandırılmışdır. Elə bu adı da inqilabçıların Bakıdakı ilk gizli mətbəəsi daşıyırdı. 1898-ci ilin martında yaranan Rusiya sosial-demokrat partiyasının 3 il sonra Bakıda komitəsi yaradılmışdır. Mətbəənin yaradılmasında gürcü inqilabçısı Lado Ketsxovelinin böyük rolu olmuşdur. 1900-cü ildə Tiflis sosdemlərinin tapşırığı ilə Bakıya gələn Lado 1 il sonra partiyanın gizli mətbəəsinin təşkilini nail olur. Tez-tez ünvanını dəyişən “Nina” mətbəəsinin yaranmasında böyük səy göstərən digər şəxslər isə Bakı komitəsinin ilk tərkibinə daxil olan Avel Yenukidze, Lev Krasin, Qalperin, Eyzenbet və Faynberq idi.Great Soviet Encyclopedia: «Нина»

İlk illər thumb|left|300px|SSRİ-də “Nina” mətbəəsinin ev-muzeyi.

Bolşevik Vano Bolkvadze mətbəənin yaradılması barədə bildirmişdir:

“Nina” mətbəəsi İskra qəzetinin tapşırıqları ilə işləyir, habelə bütün Qafqaz təşkilatlarına xidmət göstərirdi. Artıq 1901-ci ildə Bakıda Tiflis sosial-demokratlarının orqanı olan Brdzola (Mübarizə) qəzetinin ilk sayı işıq üzü görür. Fəaliyyətə başladıqdan 1 il sonra, güclü konspirasiyaya baxmayaraq Ketsxoveli və Yenukidze həbs olunur, ancaq buna bamayaraq, bir neçə ay sonra Nina öz işini Lev Krasinin başçılığı altına bərpa edir. Ketsxovelinin taleyi isə faciəvi olur. Rotmistr Vladimir Runiçin əmri ilə həbs edilən Ketsxovelini ilk növbədə gizli mətbəə qurmaqda ittiham edirlər. Bir müddət Bayılda, sonra isə Metex türməsində saxlanılır, istintaqla əməkdaşlıqdan imtina edir, məhbusları öz hüquqları uğrunda mübarizəyə qaldırır. 1903-cü ildə Ketsxoveli türmədə odlu silahla qətlə yetirilir. Onun ölümündə əli olan Runiç də çox yaşamır – 1908-ci ildə Tiflisdə tramvayda gedərkən naməlum şəxsin atdığı 3 güllə ilə yerindəcə keçinir. Bununla da, Ketsxovelinin sirdaşları inqilabçının qisasını alırlar.

1902-ci ilin sonunda təhlükəsizlik səbəbindən fəaliyyətini müvəqqəti dayandıran “Nina” sonrakı il yenidən işini bərpa edir. Burada Karl Marks, Fridrix Engels əsərləri, habelə rusca, ermənicə və gürcücə vərəqələr də çap edilir. Lev Krasinin səyləri ilə güclənən mətbəənin gücü sonralar o qədər artır ki, gizli çalışmasına baxmayaraq, bütün Rusiya imperiyasını çap məhsulları ilə təmin etməyə yetir. Bu gücə nail olmaq üçün Trifon Yenukidze (Avelin qardaşı) və Krasin “kustar” keyfiyyətə son qoymaq və yeni, müasir avadanlıq almaq qərarına gəlirlər. Yeni avadanlıq – xaricdən güclü tipoqrafiya maşını almaq üçün isə 3 min rubl pul lazım idi.

Çıxış yolunu Krasin tapır. O, incəsənət, mədəniyyət, sənaye, ticarət və bank dairələrində asanlıqla özünə tanışlar tapmaq, zənginlərə özünü onların adamı kimi göstərmək kimi qabiliyyətə malik şəxsiyyət idi. Krasin Peterburqa yollanır və məşhur aktrisa Vera Komissarjevskayanı (1864-1910) Bakıda xeyriyyə konserti verməyə razı salır. Komissarjevskaya Bakıya gəlir, biletlərin baha olmasına baxmayaraq, Bakı varlıları onun xeyriyyə konsertinə təşrif buyurmağı özlərinə fəxr sayırlar. Beləliklə, onların ağıllarına da gəlmir ki, pullarını İnqilabın maliyyələşdirilməsinə xərcləyirlər. Krasin sonralar da maliyyə toplamaq üçün Bakıda gəlmə artistlərin çıxışlarını dəfələrlə təşkil etmişdir.

Fəaliyyətin ikinci mərhələsi

Mətbəənin gücünü daha da artırılması üçün Krasin təkliflə çıxış edir. O, incəsənət, mədəniyyət, sənaye, ticarət və bank dairələrində asanlıqla özünə tanışlar tapmaq, zənginlərə özünü onların adamı kimi göstərmək kimi qabiliyyətə malik şəxsiyyət idi. Krasin Peterburqa yollanır və məşhur aktrisa Vera Komissarjevskayanı (1864-1910) Bakıda xeyriyyə konserti verməyə razı salır. Komissarjevskaya Bakıya gəlir, biletlərin baha olmasına baxmayaraq, Bakı varlıları onun xeyriyyə konsertinə təşrif buyurmağı özlərinə fəxr sayırlar. Beləliklə, onların ağıllarına da gəlmir ki, pullarını İnqilabın maliyyələşdirilməsinə xərcləyirlər. Krasin sonralar da maliyyə toplamaq üçün Bakıda gəlmə artistlərin çıxışlarını dəfələrlə təşkil etmişdir.

“Nina” mətbəəsində 1903-cü ilin noyabrından 1905-ci ilin noyabrınadək ümumi tirajı 1,5 milyon nüsxəni ötən çoxsaylı və müxtəlif dillərdə qeyri-leqal materiallar nəşr edilir. O cümlədən, İskranın Bakıda hər nömrəsinin tirajı 10-15 min nüsxə idi ki, bu da böyük rəqəmdir. 1903-cü ildə RSDRP 2 qanada – bolşeviklərə və menşeviklərə bölünəndən sonra Nina birincilərin ixtiyarında qalır. Buna baxmayaraq, mətbəənin işindən menşeviklər və Bakı eserləri də yararlanırlar. Fəaliyyətinin bütün dövründə polisin bircə dəfə də mətbəənin izinə düşə bilməməsi inqilabçıların fəaliyyətindəki mükəmməl konspirasiyadan xəbər verir. Bu məxfilik isə ilk növbədə Leonid Krasinin xidməti idi. Kübar dairələrdə dolaşan, həm Peterburqda, həm də Bakıda çoxsaylı imkanlı dost və tanışları olan (məsələn, Maksim Qorki 1926-cı ildə yazdığı Leonid Krasin məqaləsində onun milyonçu Savva Morozovla necə tanış olduğunu, dostlaşdığını və Morozovdan mətbəə üçün ildə 24 min rubl aldığını təsvir edib) Krasin ixtisasca mühəndis-elektrik idi. O vaxtlar Krasin Bakıda elektrik stansiyasının tikintisinə rəhbərlik edirdi. Bu status ona çoxlu üstünlüklər qazandırırdı. Məsələn, sərhəddə ilişməmək üçün Avropadan İskranın maket vərəqlərini Bakıya texniki kitabların arasında göndərirdilər.

Mətbəə daxili fəaliyyət

Mətbəədə də işçilər az miqdarda olsa da maaş almaqda idi. Ştatda 1903-cü ildə Sibirə göndərilərkən yolda qaçıb Bakıya qayıdan Avel Yenukidzedən əlavə daha 8 nəfər çalışır, hər biri də ayda 25 rubl məvacib alırdı. İldə 1 dəfə işçi məzuniyyətə çıxır və vaxtını Bakıdan kənarda keçirirdi. Mətbəə isə nəinki xərcləri bağlayır, həm də partiyanın kassasına xeyir gətirirdi. İskradan Nina mətbəəsində gürcü dilində Brdzola və rusca Cənub fəhləsi () qəzetləri də nəşr olunurdu. Sonralar “Nina” Vıborqa (o vaxtkı Finlandiyanın ərazisi) köçürüldü və 1905-ci ildə leqal status aldı. 1906-cı ilin yanvarında Mərkəzi Komitənin qərarı ilə Nina mətbəəsi ləğv olundu, avadanlıqları isə Sankt-Peterburqa daşındı. 1938-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin qərarı ilə Nina mətbəəsinin yerləşdiyi ev təmir olunaraq ev-muzeyə çevrildi. Həmin muzey hal-hazırda mövcud deyil.

Mənbə

İradə Bağırova -XX əsrin əvvəlində Azərbaycanda siyasi partiya və təşkilatlar (rus) Maksim Qorki - Leonid Krasin A.Yenukidze - Bizim Qafqazdakı gizli mətbəələrimiz. S.Kiriçuk. “Mətbəə”. “Exo Moskvı”. “Nina” – “iskraçılar”ın gizli mətbəəsi” Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Manaf Süleymanov (yüklə) Aleksandr Stopani. Bakı neft sənayesi fəhlələrinin əməkhaqqı və iş günü” Konkordiya Zaxarova-Sederbaum. “Reaksiya illəri Azərbaycanda sol hərəkatının tarixi - Nina mətbəəsi.

İstinadlar

Kateqoriya:Azərbaycan mətbuatı Kateqoriya:Mətbəələr Kateqoriya:1900-cü ildə yarananlar