Stiven Con Karell (; ) — Amerikalı aktyor və komediyaçı. NBC telekanalında yayımlanan "Ofis" teleserialında canlandırdığı Maykl Skott roluna görə tanınır. Karell həm film, həm də televiziyadakı rollarına görə çoxsaylı mükafatlar, o cümlədən "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür. "Ofis" serialındakı işinə görə Life jurnalı tərəfindən "Amerikanın ən gülməli adamı" seçilib.

Həyatı Stiven Con Karell 16 avqust 1962-ci ildə Massaçusets ştatının Konkord şəhərində doğulub. O, dörd qardaşdan ən kiçiyidir və Ekton şəhərində böyüyüb. Stivin atası Edvin A. Karell (1925–2021) mühəndis olmuş, anası Harriett Teresa (Qızlıq soyadı: Koch; 1925–2016) isə psixiatr tibb bacısı olmuşdur. Onun dayısı Stenli Koç alim Allen B. DuMont ilə birlikdə çalışmışdır. Onun atası alman və italyan mənşəli, anası isə polyak əsillidir. Onun atasının soyadı Karoselli olmuşdur lakin o, 1950-ci illərdə bunu dəyişdirərək Karell etmişdir.

Filmoqrafiya Qüdrətli Brüs (2003) Ofis (2005–2011; 2013) The 40-Year-Old Virgin (2005) Balaca günəş işığı (2006) Over the Hedge (2006) Qüdrətli Evan (2007) Get Smart (2008) Date Night (2010) Mən yaramazam (2010) Horton kimi eşidir? (2010) Crazy, Stupid, Love (2011) Seeking a Friend for the End of the World (2012) Mən yaramazam 2 (2013) Yol, qayıdış yolu (2013) Alexander and the Terrible, Horrible, No Good, Very Bad Day (2014) Foxcatcher (2014) Minyonlar (2015) The Big Short (2015) Mən yaramazam 3 (2017) Gözəl oğlan (2018) Vice (2018) Minyonlar: Qrüvitasiya (2022) Asteroid City (2023)

İstinadlar

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Qızıl Qlobus mükafatı laureatları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:ABŞ televiziya aktyorları