Çərkəz Mehmed Əli Paşa (d. ? - ö. 1625, Tokat) - IV Muradın Kösəm Sultan tərəfindən idarə olunduğu dönəmlərdə 3 aprel 1624 - 28 yanvar 1625 müddətində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Həyatı Çərkəz əsillidir. İlk təhsilini Əndərunda almış və bu müddətdə padşah silahdarı olmuşdur.Uzunçarsılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010 say.379-380 1618-ci ildə Sultan Muradın yenicə dul qalan qızı Mehrimah Sultanla evləndirilmiş, ardından Şam bəylərbəyliyinə təyin edilmişdir. Daha sonra 1621 tarixində paytaxta geri dönmüş və qübbəaltı vəziri olaraq Divan-ı Hümayuna daxil olmuşdur.
3 aprel 1624 tarixində Sədrəzəm Kəmankeş Əli Paşa sədarətdən alınaraq edam edildi və yerinə heç gözlənilməyən biri olan Mehmed Əli Paşa gətirildi. Bu əsnada II Osmanın intiqamını almaq məqsədilə Orta Anadoluya hərəkət edən Abaza Mehmed Paşanın geri püskürdülməsi üzrə vəzifələndirildi. Əvvəlcə Konya və Niğdəni Cəlali üsyançılarının əlindən aldı, daha sonra 3 sentyabr tarixində Abaza Mehmed Paşanı məğlub etdi. Bu qələbəsindən sonra Səfəvilərə qarşı sərdar-ı əkrəm təyin olunan Çərkəz Mehmed Əli Paşa o qış gələcək il üçün planlanan səfərə hazırlıq məqsədilə orduyla birlikdə Tokat yaxınlığında qışlamağa qərar verdi. Ancaq 28 yanvar 1625 tarixində anidən vəfat etdi. Cənazəsi İstanbula gətirildi və Bəyazid məscidində dəfn edildi.Danişmend, İsmail Hâmi (1971), Osmanlı Devlet Erkânı, İstanbul:Türkiye Yayınevi.
Həmçinin baxın IV Murad Kösəm Sultan Sədrəzəm Durğunluq dönəmi Osmanlı sədrəzəmləri
Mənbə
Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı sədrəzəmləri