Təcrübəsiz cadugər – 2006-cı il Türkiyə istehsalı olan fantastika, ailə və komediya janrlı teleserialdır. Əvvəlcə Kanal D kanalında yayımlanmağa başlayan serial daha sonra Star TV kanalında yayımlanmağa başladı. Bu serial Archie Comics-in motivləri əsasında çəkilmiş 1996-cı il ABŞ istehsalı olan Sabrina: Yeniyetmə Cadugər serialının remeykidir.http://www.diziler.com/dizi/acemi-cadi/oyunculari
Xülasə On altı yaşlı Ayşəgül Yıldız ad günündən sonra ata tərəfdən bütün ailəsinin cadugər olmasını öyrənir. iki bibisi ilə yaşayan qız bundan sonra qüvvələrini düzgün idarə etməyi öyrənməyə çalışır. Bu işdə ona bibiləri yaxından köməklik göstərirlər. Eyni zamanda o yeni məktəbə keçir və burada yeni dostlar qazanmaqla yanaşı həmçinin də Səlim adlı oğlanlada qarşılıqlı olaraq maraqlanır. Lakin varlı və ərköyün olan Tuçənin də Səlimdən xoşu gəlir və buna görə də Ayşəgülə hər cür mane olmağa çalışır. İyirmi yaşı olana qədər sehrli qüvvələrində daim istifadə edəbilmək üçün imtahanlar verən Ayşəgül həyatında olan hər bir şeyə indi vaxt ayırmağa və heç nəyi qarışdırıb korlamamağa çalışır.
Rollarda Ad Rol Qeydlər Mərvə Boluğur Ayşəgül Yıldız Özge Çatıkkaş (Səsləndirmə) Şenay Gürlər Selda Yıldız 1–50-ci seriyalar Simge Selçuk 51–58-ci seriyalar Nərgiz Qumbasar Melda Yıldız Cəlal Kadri Kınoğlu Dilaver Dəmir Dəli Fərid Rasim Öztekin Duman / Orxan Yıldız Səsləndirmə Fırat Doğruoğlu Canlandırma Çağkan Çulha Səlim Kumbaracı Diclə Alkan Ceren Körpülü Levent Sülün Hulki Endoğru Billur Yazqan Tuçə Büyükhanlı Cenk Gülpinar Cenk Haluk Levent Qaradaş Murad Çobanoğlu Cem Aktaş Cem Başaran Kaan Yılmaz Toyqar Tatlıcı Aytar Kakınç Fethi Kubilay Güleçoğlu Naci Öykü Peksel Qonca Tuçə Taşkıran Berna Kaan Kural Zeki Çevik; məşqçi İrem Erkaya Röya Yayım cədvəli MövsümMövsümün başlanğıcıMövsümün finalıYayım günüYayım saatıSeriya sayıTV kanal1-ci mövsüm7 iyul 200625 mart 2007Cümə / Bazar20.0034Kanal D2-ci mövsüm30 mart 200721 sentyabr 2007Cümə20.0024Star TVQeyd: Serial 9-cu seriyaya qədər cümə günləri, 10-cu seriyadan 34-cü seriyaya qədər isə bazar günləri yayımlandı. 2-ci mövsüm yenidən cümə günləri yayımlandı.
Xarici keçidlər
İstinadlar Kateqoriya:2006-cı ildə başlayan Türkiyə teleserialları Kateqoriya:2007-ci ildə tamamlanmış Türkiyə teleserialları