Koreyada Pektusan (bəzi rus dilli mənbələrind Baytouşan), Pektu dağı (), Çində isə Çanbaişan və ya Çanbai dağı () — Koreya Xalq Demokratik Respublikasının (Yanqando əyaləti) və Çinin (Szilin əyaləti) sərhədində yerləşən aktiv qarışıq vulkandır. Dağ dəniz səviyyəsindən 2744 m hündürlüyə malikdir və Mançjuro-Koreya dağlarının ən yüksək nöqtəsidir. Həmçinin bütün Mancuriya və Koreya yarımadasının ən yüksək nöqtəsidir.

Koreya dilində Pektusan () "ağbaş dağ" mənasını bildirir. Çin dilində Çanbayşan () və mancur dilində Qolmin Şanqiyan Alina () "əbədi ağ dağ " mənasını bildirir.

Vulkanın Koreya ərazisinə düşən hissəsində 1959-cu ildə Koreyanın ən böyük qoruğu yaradılmışdı. Daha sonralar Çin tərəfindən təbii qoruq yaradılmışdır. 1979-cu ildə onlar beynəlxalq biosfer qoruğuna birləşmişdilər.

Coğrafiyası Vulkanın kraterində dağın zirvəsində Çhonji gölü yerləşir. Sunqari çayı da öz başlanğıcını bu göldənm götürür. Vulkanın yamaclarında həmçinin Tumınszyan və Yaluszyan çaylarının mənbələri yerləşir.

Dağ təxminən onun mərkəzi hissəsinin altında yerləşən maqmanın qalxmasına görə ildə 3 millimetr qalxır. Ən yüksək hissə ildə təxminən 8 ay qarla örtülü vəziyyətdə olur. 1800 metrə qədər yastı yamaclar yerləşir. Kalderanı əhatə edən zirvələrdən 16-sı 2500 metrdən yüksəkdir. Güman edilir ki, krater 969-cu ildə (± 20 il) 7 ballıq güclü püskürmə nəticəsində yaranmışdır. Hövzəsi 96 km³-ə bərabərdir.

Vulkan fəallığı dəfələrlə müşahidə olunmuşdur. Püskürmələr 1597-ci ildə (bu püskürmənin külü hətta Hokkaydo adasının cənub hissəsində tapılmışdı), həmçinin 1668 və 1702-ci ildə baş vermişdir. Son püskürmə 1903-cü ildə (daşların və qazların atılmasıyla partlayışlar) müşahidə olunmuşdur.Global Volcanism Program | Changbaishan | Summary

İqlimi Zirvədə orta illik temperatur ortalama −8,3 °C təşkil edir. Yayda temperatur 18 °C-ə qədər qalxa bilər. Amma qışda −48 °C-ə qədər düşə bilir. Küləyin orta sürəti 11,7 m/san, orta rütubət — 74 %-dir. Son onilliklər ərzində yay vaxtında qar papağının güclü azaldılması şəklində iqlimin istiləşməsinin effektləri müşahidə olunur.

Tarixi Dağ hər iki ölkə sakinləri arasında müqəddəs hesab edilir. Pektusan dağı Koreya Xalq Demokratik Respublikasının və Koreya Respublikasının milli himnlərinin mətnində də xatırlanır.

Çin Dağ qədim kitablarda daxatırlanır. Həmçinin müxtəlif adların altında Xou Xanşuda da rast gəlinir. Müasir ad Szin sülalələri dövründə möhkəmlənmişdir.

Koreya Şimali koreya əfsanəsinə görə, səmalardan dağa Xvanun enmişdir. Koçosonun birinci Koreya dövlətinin banisinin atası idi. Bundan başqa, Kim Çen İrin rəsmi tərcümeyi-halı iddia edir ki, o, Çhonji gölünün ətrafında doğulmuşdur. Vulkanı əhatə edən kraterin biri 1992-ci ildə dövlət heykəltəraşı Xyandobon tərəfindən 216 metr enlə sındırılmış və böyük yazılar ilə yazılmışdı: "Pektusan, İnqilabların Müqəddəs dağı (Kim Çen İr. 16 fevral 1992-ci il)". Pektu təsviri Koreya Xalq Demokratik Respublikasının gerbini bəzəyir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Virtual Tour: 360 degree interactive panorama of Mount Paektu (DPRK 360, September 2014) Yonson Ahn: China and the Two Koreas Clash Over Mount Paekdu/Changbai: Memory Wars Threaten Regional Accommodation (Japan Focus, 27 July 2007) Satellite image by Google Maps

www.changbaimountain.com The Scenery of Mt. Paektu at Naenara A slide show about Paektusan (in German)

Kateqoriya:Şimali Koreya dağları Kateqoriya:Çin dağları Kateqoriya:Stratovulkanlar Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Cənubi Koreyanın ərazi mübahisələri Kateqoriya:Müqəddəs dağlar