— Yaponiyanın Toyama prefekturasının cənub-şərqində yerləşmiş dağdır. Xida dağ silsiləsinin ən yüksək zirvələrindən biri hesab olunur. Fuci dağı və Xaku dağı ilə birlikdə "Üç Müqəddəs Dağ" (Sanreydzan) hesab olunur. Dağa qalxmalar mövsümü apreldə başlanır və noyabrda qurtarır. Dağa qalxan ilk şəxs Saeki no Ariyori olmuşdur. Bu hadisə Asukanın hakimiyyəti dövründə baş vermişdir. 4 dekabr 1934-cü ildə dağ Tyubu-Sanqaku Milli parkının tərkibinə daxil edilmişdir. Dağ əsasən qranitdən və qneysdən təşkil olunmuşdur.

Adı "Tateyama" sözü yapon adı olub, "durmaq" (立) və "dağ" (山) mənasını bildirən iki heroqlifdən ibarətdir. Toyama prefekturasının hökuməti rəsmən dağı "Tate" dağı kimi deyil, "Tateyama" dağı kimi adlandırır. Yaxınlıqda yerləşən qəsəbənin adı da Tateyama adlanır. Həmçinin Tateyama — dağdan qərbə 2 kilometrdə yerləşmiş kiçik vulkanın adıdır.

Coğrafiyası

Yerləşməsi Tateyama dağı Toyama prefekturasının cənub-şərq hissəsində yerləşmişdir. Dağın ətəyində Tateyama qəsəbəsi yerləşdmişdir. Qatar vasitəsilə prefekturanın paytaxtı olan Toyama şəhərinə çatmaq olar.

Dağın görməli yerləri Dağı görmək və səyahət etmək istəyən turistlər üçün insanlar arasında məşhur olan "Tateyama Kurobe Alpine" ekskursiya marşrutu təşkil edilir. Bu ekskursiya marşrutu yalnız 3015 hündürlüyə qədər qalxa bilir.

Dağın zirvəsində Oyama məbədi yerləşmişdir. Buraya gələn ziyarətçilər keşişdən xeyir-dua və daha isti sake ala bilərlər. Həmçinin zirvədə istirahət zonası yerləşmişdir. Buraya gələn turistlər xatirə suvenirləri ala bilərlər.

Murodo platformasında ticarət rayonu və isti su mənbələri olan onsenlər yerləşmişdir.

Dağdan aydın şəkildə Semaya şəlalərini görmək olar. Yaponiyada ən yüksək şəlalələr hesab olunur. Aprel və iyun aylarında 15–20 metr hündürlükdə Yukino-tani adlı qar divarlarını görə bilərsiniz. Taybey, İnçxon və Tailanddan bir çox çarter xidməti buraya gəlirlər.

Yaxınlıqdakı dağlar thumb|280px|Tateyama, Bessam və Suruqi dağlarıKasimayari dağının mənzərəsi|right ŞəkilDağHündürlükZirvədən məsafə vəistiqamətQeydlər100pxSuruqi dağı剱岳2999 m5,3 kmşimalda100 məşhur Yaponiya dağı siyahısına daxildir100pxBessan dağı別山2880 m2,4 kmşimalda100pxTateyama dağı立山3015 m100 məşhur Yaponiya dağı siyahısına daxildirToyama prefekturasındakı ən hündür dağdır100pxRyuo dağı龍王岳2872 m1,7 kmcənub-qərbdə100pxXarinoki dağı針ノ木岳2820 m7,2 kmcənub-şərqdə200 məşhur Yaponiya dağı siyahısına daxildir100pxAkausi dağı赤牛岳2864 m12,8 kmcənubda200 məşhur Yaponiya dağı siyahısına daxildir100pxYakusi dağı薬師岳2926 m13,7 kmcənub-qərbdə100 məşhur Yaponiya dağı siyahısına daxildir

Çaylar Dağın yamaclarından bir neçə çay öz başlanğıcını götürür. Buradan başlanğıc götürən çaylar sonda Yapon dənizinə tökülürlər.. Xayaçuki çayı Kurobe çayının qolu olan Çuruqisava çayı

Tateyama dağının təsviri Xiqasi-İtinokosi dağının təsviri Bessan dağının təsviri Tateyama dağı və Suruqi dağı,Dzii dağının təsviri Tateyama dağı və Suruqi dağı,Asaxi dağının təsviri150px|center150px|center150px|center150px|center

İstinadlar

Xarici keçidlər Peakware.com Summitpost.org

Kateqoriya:Yaponiya dağları Kateqoriya:Dağ zirvəsi – üçminliklər