Merilin diptixi () — amerikalı rəssam Endi Uorholun pop-art stilində işlədiyi məşhur rəsm əsəri.

Uorhol rəsm üzərində işləməyə Merilin Monronun ölümündən bir həftə sonra, 1962-ci ilin avqustunda başlamışdır. Rəssam Trafaret çapının vasitəsilə aktrisanın 1953-cü ildə çəkildiyi "Niaqara" filminin çəkilişləri zamanı çəkilmiş fotodan əlli ədəd eyni şəkili kətan üzərinə köçürmüşdür. Əsər bir neçə ay sonra tamamlanmışdır.

Monronun diptixin sol tərəfindəki 25 şəkli parlaq boyanmışdır, digər hissədəki rəsmlər ağ-qara çalarlarla qismən dağılmış, cızma qaranı xatırladan və solğun haldadır. Belə hesab edilir ki, Uorhol rəsmi iki, parlaq və solğun hissəyə bölməklə Merilin Monronun təzadlarla dolu olan həyatını və ölümünü assosiasiya etmişdir.Marilyn Diptych . Tate Collection. 2004. Retrieved on September 3, 2008.Helen Gardner, et al. Gardner's Art Through the Ages. Thompson Wadsworth, 2004. 1054.Carol Salus. "Behind the Celestial Enchantment". The Poetry of Life in Literature. Ed. Anna-Tereza Timineçka. Springer, 2000. 198.

2011-ci ilə olan məlumata görə, "Merilin diptixi" əsəri Londonun Teyt qalereyasının Liverpul şəhərində yerləşən filialında sərgilənir. 2 dekabr 2004-cü ildə "The Guardian" qəzeti müasir incəsənətin 500 ən parlaq əsərlərinin siyahısını açıqlayıb. Siyahıda Uorholun bu işi üçüncü yerə layiq görülüb.Charlotte Higgins. "Work of art that inspired a movement ... a urinal ". The Guardian. December 2, 2004. Retrieved on September 3, 2008.

İstinadlar

Kateqoriya:Teyt qalereyasının kolleksiyası Kateqoriya:1962-ci ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Endi Uorholun rəsm əsərləri Kateqoriya:Merilin Monro mədəni təsvirlərdə Kateqoriya:Diptixlər Kateqoriya:Qadın portretləri