150px|thumb|right|Mirzə Qədim İrəvaninin "Dərviş" portreti Qacar dövrü incəsənəti — 1781-1925-ci illərdə mövcud olmuş Qacarlar dövlətinin incəsənəti. Ağa Məhəmməd şah Qacar və xələflərinin dövründə nisbi sülh şəraiti incəsənətin inkişafına səbəb olmuşdur. Məşhur Azərbaycan rəssamı Mirzə Qədim İrəvani bir çox əsərini bu üslubda çəkmişdir.

Tarixi XIX əsrdə indiki İran, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkmənistan torpaqlarında inkişaf edən mədəniyyət və incəsənətin abuhavası, Qacarlar sülaləsinin mədəni siyasəti, öz qədim tarixini və mədəniyyətini dünyaya tanıtmaq məqsədilə təsviri sənətə böyük əhəmiyyət verir və sərmayə qoyurdular. Buna görə dünya sənətşünaslığında 1795–1925 illərdə bu ərazilərdə yaranan təsviri əsərlərə Qacar üslubu adı verilirdi, çünki onlar yüksək bir inkişaf mərhələsinə çatmış və etnik özünəməxsusluğa malik bir şah sənət əsərləridir.

Xüsusiyyətləri Qacar üslubu parlaq və vahid bir üslub kimi çıxış edərək, özündə romantik, realistik və dekorativ cərəyanları cəmləşdirdi. Burada modernizm əlamətlərinin vacib cəhətləri var; individualizm, dekorativizm, detallaşma, nəbati motivlər, ornamentallaşma, dünyanın yeni mənzərəsinin yaranması.

Bu dövrdəki iki əsas təmayül – Avropa nailiyyətlərinə böyük maraq və öz qədim türk tarixi eposları və ənənələrinə böyük ehtiram Qacar üslubunu dünya mədəniyyət tarixində öz görkəmli yerini tutmağa vadar etmişdir.

Orta əsrlər miniatürləri kimi, Qacar üslubunun əsərləri ənənəyə sadiq qalaraq varlığı, həyatı təsvir edir, onun xüsusi nailiyyəti realistik portretlərdir. Səfəvi dövrünün idealizə edilmiş obrazlarından fərqli olaraq, Qacar üslubunda konkret insanın və ya qrup portretləri görülür.

Nümayəndələri Bu üslubda bir sıra tanınmış Oğuz türklərindən olan rəssamlar çalışırdı:

Mirzə Qədim İrəvani Mir Möhsün Nəvvab Allahverdi Əfşar İsmayıl Cəlayir

Müasir dövrdə Bu gün ən möhtəşəm dünya muzeylərində və tanınmış şəxsi kolleksiyalarda Qacar üslubunun əsərləri nümayiş olunur və ən məşhur muzeylərdə bu üsluba dünya səviyyəli dizaynerlər və kuratorlar tərəfindən sərgilər həsr olunur.

1988-ci ildə çəkilmiş "Aşıq Qərib" filmində Qacar miniatür məktəbi nümunələrindən istifadə edilmişdir.

Həmçinin bax

Qacarlar sülaləsi Azərbaycan təsviri sənəti İran təsviri sənəti Miniatür sənəti

İstinadlar

Kateqoriya:İran incəsənəti Kateqoriya:Azərbaycan incəsənəti Kateqoriya:Qacarlar Kateqoriya:İslam incəsənəti Kateqoriya:Azərbaycan mədəniyyətinin tarixi Kateqoriya:İran memarlığı