Əsrlər boyu Kviddiç () — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında ən məşhur idman növü olan Kviddiç oyunundan bəhs edir.
Həmin kitab Hoqvarts Sehrbazlıq və Ovsun Məktəbinin kitabxanasında saxlanılan orijinal ensiklopediyanın surətidir və romanların bir neçəsində xatırlanır.
Qısa məlumat
Kitabda qviddiçin tarixi, habelə süpürgə əsasında erkən oyunlar təsvir olunur. Bundan əlavə, uçan süpürgənin təkamülü, qviddiçin sehrli idman növü kimi yaranması və inkişafı, tarix boyu qaydaların modifikasiyaları və qızıl sniçin yaranması müzakirə olunur. Kitab oyunun əsas qaydaları, mümkün olan pozuntuları və cəzaları, ingiltərəli və irlandiyalı komandaları, sürətli süpürgələrin əsas modelləri və eləcə də oyunun taktiki üsullarından bəhs edir.
Məzmunu On söz Birinci fəsil: Uçan süpürgənin inkişafı İkinci fəsil: Qədim süpürgə oyunları Üçüncü fəsil: Qvirdiç bataqlığından gələn oyun Dördüncü fəsil: Qızıl sniçin yaranması Beşinci fəsil: Anti-Maql ehtiyat tədbirləri Altıncı fəsil: XIV əsrdən bəri qviddiçə edilən dəyişikliklər Meydança Toplar Oyunçular Qaydalar Hakimlər Yeddinci fəsil: Britaniya və İrlandiyanın qviddiç üzrə komandaları Səkkizinci fəsil: Qviddiçin dünyada yayımlası Doqquzuncu fəsil: Sürətli süpürgənin inkişafı Onuncu fəsil: Bugünkü qviddiç
Xəyali kitab Harri Potterin sehrli dünyasının çərçivəsində Əsrlər boyu Qviddiç tanınmış Qviddiç eksperti Kenniluorti Visp tərəfindən yazılmışdır. Həmin kitab hər iki uydurma və real dünyada oyunun tarixi və incəlikləri üzrə ən düstur mənbədir. Bir çox qviddiç üzrə Britaniyalı komandaların kataloqu kimi xidmət edir.
Harri Potter və Fəlsəfə Daşı kitabında Severus Sneyp Harri Potteri məktəbdən kənar tutaraq, həmin kitabı onun əlindən alır.
Kenniluorti Uisp Harri Potterin dünyasında, Kenniluorti Visp idman haqqında bir çox kitablar yazan ekspetdir və öz sözlərinə görə qviddiçin dəlisidir. O, Nottinqemşirdə yaşayır. Vispin hobbilərin siyahısına nərd oyunu, vegetarian kulinariya və köhnəlmiş süpürgələrin toplanması daxildir. Onun sözlərinə görə Firebolt ən yaxşı süpürgədir.
Xarici keçidlər
Interview with J. K. Rowling about her book Quidditch Through the Ages Coan Roulinq və onun əsərləri haqqında , Qanun nəşriyyatı.
Kateqoriya:Harri Potter haqqında kitablar Kateqoriya:2001-ci ilin kitabları Kateqoriya:Debüt romanları