Əhməd Fəhmi bin Camil (d. 20 aprel 1987) — Sinqapur Super Liqa komandalarından olan Houm Yunayted FK klubunda forma geymiş və hücumçu kimi çıxış etmiş Sinqapur futbolçusu. Hal-hazırda futbol oynamır.

İlk illəri Əhməd Fəhmi 1987-ci ildə Sinqapurun Tampines şəhərində Camil Bin Savi və Layla Binte Azzan Abdatın ailəsində anadan olmuş və burada boya-başa çatmışdır. O, Qiaonan İbtidai Məktəb və Pasir Ris Orta Məktəbində təhsil almışdır. Onun həmçinin Əhməd Fərhi Bin Cəmil adlı kiçik qardaşı var. O, hazırda digər sahələrdə çalışır.

Futbol karyerası Əhməd Fəhmi futbol karyerasına 1998-ci ildə "Houm Yunayted" klubunda başlamışdır. Klubun gənclərdən ibarıt əvəzedici yığmasında çıxış etməyə başlamışdır. O, həmçinin 2004 və 2005-ci ildə Sinqapurun gənclərdən ibarət yığması ilə Lion Siti Kuboku iştirak etmişdir.

Fəhmi 2006-cı ildə "Tampines Rovers" klubu ilə Premyer Liqada çıxış etmişdir. Əsas və ən yaddaqalan oyununu AFK Kubokunda "Osotsapa" klubunu səfərdə məğlub etməklə keçirmişdir.

Fəhmi 2006 və 2007-ci il mövsümündə Premyer Liqada ən çox qol vuran oyunçu seçilmişdir.

Fəhmi "Tampines Rovers" klubu üçün bir neçə vacib qollar da vurmuşdur. 2008-ci ildə Fəhmi "Vuudlənd Vellinqton" klubuna qarşı oyunda son dəqiqədə qol vurmuşdur. 2008-ci ildə klub Super Liqaya vəsiqə qazanmışdır. Hal-hazırda Fəhmi UEFA Dərəcəli baş məşqçidir və UBER sürücüsü kimi fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Sinqapur futbolçuları Kateqoriya:Sinqapurda doğulanlar