Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir.

Haqqında "Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır.

"APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır.

"APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.

Həmçinin bax APA TV Trend İnformasiya Agentliyi Report İnformasiya Agentliyi Turan İnformasiya Agentliyi

İstinadlar

Kateqoriya:2004-cü ildə yaranan saytlar Kateqoriya:Azərbaycan informasiya agentlikləri Kateqoriya:Azərbaycan xəbər veb-saytları Kateqoriya:Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlar