Antarktika balinaquşuБёме Р. Л., Флинт В. Е. Пятиязычный словарь названий животных. Птицы. Латинский, русский, английский, немецкий, французский / Под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., "РУССО", 1994. — С. 16. — 2030 экз. — ISBN 5-200-00643-0. () — Fırtınaqumukimilər dəstəsinə daxil olan növ.
Görünüşü Bədəninin uzunluğu 25–27 sm, çəkisi 150–160 q təşkil edir. Qanadları arasında məsafə 58–66 sm-dir. Cinsə daxil olan digər növlərlə çaşdırılsada xüsusən Pachyptila salvini növü ilə səhv salınır. Uçuş zamanı isə demək olar ki, tanımaq mümkün deyil. Antarktika balinaquşunun dimdiyi Pachyptila salviniShirihai, S. 176 növünün dimdiyinə nisbətdə qısadır.
Yarımnövləri yayılma arealı Pachyptila desolata desolata — Kroze adaları, Kergelen və Makkuori adası. Pachyptila desolata alter — Oklend adaları və Herd adası və Makdonald adaları. Pachyptila desolata banksi — Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Orkney adaları, Cənubi Şetland adaları, Skott adası.
Yaşayış yeri Yumurta qoyma zamanı quşlar sahildən açıq dənizə çıxaraq uzun zaman uçurlar. Yuvanı otlu qayalıqlarda qururdular.
Qidalanması Qidasının əsasını xərçəngkimilər, əsasən krillər (Euphausia superba) təşkil edir.
Çoxalması Yumurta qoyma əsasən noyabr ayına təsadüf edir. Əgər qarlı havalar uzun çəkirsə yumurta qoyma geçikir. Quşlar iri koloniyalar şəklində birləşərək yuva qururlar. Cəmi bir yumurta qoyur. İnkubasiya 44–46 gün davam edir. Balalar mavi-boz rəngdə olur. Quşlar 45–55 gündən sonra müstəqilləşirlər.
Miqrasiya Yuva qurmanı bitirdikdən sonra quşlar koloniyanı bitirərək əsasən şimala uçur. Əsasən Cənubi Atlantika, Cənubi Hind okeanı və Cənubi Amerikanın subantarktik qurşağı ərazilərinə yaşayırlar.
İstinadlar
Ədəbiyyat Josep del Hoyo et al.: Handbook of the Birds of the World, Band 1 (Ostrich to Ducks). Lynx Edicions, 1992, ISBN 84-87334-10-5 Hadoram Shirihai: A Complete Guide to Antarctic Wildlife — The Birds and Marine Mammals of the Antarctic Continent and Southern Ocean, Alula Press, Degerby 2002, ISBN 951-98947-0-5
Xarici keçidlər
Kateqoriya:Antarktida quşları Kateqoriya:İohann Fridrix Gmelin tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:1789-cu ildə təsvir edilən quşlar