Gələbədin — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Gələbədin kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Gələbədin Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Tədqiqatçılara görə, oykonim qala və badiyə (ərəbcə: "col, düzən") komponentlərindən ibarət "qala düzü" və ya kəl (əkindən sonra dincə qoyulmuş sahə) və badiyə komponentlərindən düzəlmiş "dincə qoyulmuş əkin sahəsi" mənasındadır. Oykonim Azərbaycan dilindəki gələbə (ağıl, tövlə, yataq) və din (düşərgə, yaylaq) komponentlərindən ibarət olub, "yatağı, tövləsi olan yaylaq" mənasında da ola bilər"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 281.

Əhalisi

Tanınmışları İnqilab Şəmiyev (d.1934 — v.1997) — Respublikanın Tədarük və Meyvə-Tərəvəz Təsərrüfatı naziri (1970–1985), kənd təsərrüfatı elmləri namizədi.

İstinadlar

Kateqoriya:Ağcabədi rayonunun kəndləri