Aşıq Dərya Məhəmməd () — Azərbaycan aşıqı.
Həyatı Məhəmməd Rəhim oğlu Qocayev 1905-ci ildə Qazax mahalının İkinci Şıxlı kəndində anadan olmuşdur. Ustadları Aşıq Canallı Məmmədin şəyirdi Aşıq Səməd (1928) və Sadıq Sultanov (1929-cu ildən) olmuşdur.
On üç yaşı olarkən atası erməni quldurları tərəfindən qətlə yetirilmişdir. Kənddəki molla məktəbində ibtidai təhsil aldıqdan sonra Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. 1928-ci ildən aşıqlıq sənətinə başlamışdır. İstedadına, coşğulu ifasına görə ustadı ona "Dərya" təxəllüsü vermişdir.. Səbinə Yusif/Analoq.az/Dərya Məhəmmədin dəyərli şəyirdi
Aşıq Səməd 1928-ci ildə İkinci Şıxlıdan köçdüyündən Aşıq Məhəmməd sənətini yarımçıq qoyub. 1929-cu ildən Aşıq Məhəmməd Tiflisdə məşhur aşıq Sadıq Sultanova şəyirdlik edib. 1930-cu illərin əvvəllərindən müstəqil aşıqlığa başlayıb.. Musiqi Dünyası, 2015" enene.musigi-dunya.az/Aşıq sənəti simalarda
Aşıq Əmrah və Hüseyn Saraclı ən yaxın dostları olmuşdur.. Savalan Fərəcov/medeniyyet.az/Yaxşılara var sözüm
Aşıq Məhəmməd 1989-cu ildə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Aşıq qaralamaları