Atallah Əl-Anazi (22 fevral 1988) — Səudiyyə Ərəbistanını təmsil edən atıcı. Atallah Əl-Anazi Səudiyyə Ərəbistanını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Atallah Əl-Anazi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə hava tapançası yarışında iştirak etdi. Ümumilikdə 573 xal toplayaraq 32-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Mənbələr
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında atıcılar