Rus dağları (Antarktida) — Antarktidada, Kraliça Mod Torpağı ərazisində qərarlaşan dağ silsiləsi. Silsilə "Novolazarevskaya" stansiyasından 250 km cənub-şərqdə qərarlaşır. 71° , 72° 30’ c. e. və 16° , 19° ş. u arasında yerləşir. Hündürlüyü 2,5 km təşkil edir. Əsasən qveysdən ibarətdir. Zirvələri buz və qardan azaddır.
Rus dağları 1959-cu ilin fevralında Dördüncü Sovet Antarktik ekspedisiyası zamanı kəşf edilmişdirРусские горы // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978..
İstinadlar
Mənbə Rus dağları
Kateqoriya:Antarktida dağları