Lin () — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papasıdır. 67–76-cı illərdə papalıq etmişdir. +Papalıq HakimiyyətiSələfiXələfi67 – 23 sentyabr 76Müqəddəs PyotrKlet

Həyatı Papa olmamışdan öncəki həyatına dair tam olaraq dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə; Volterra, Toskanada İtalyan bir ailənin uşağı olaraq dünyaya gəlmişdir. Atasının adı: Herkulanus, anasının adı isə: Klodiya idi. İsa və 12 həvarilərinin qrupuna daxil olmuşdur. İsadan sonra Pyotrunda çarmıxa çəkilməsi ilə Linusun papa olmasına qərar verilmişdir. 2 Timothy 4:21

Papalıq dövrü Müqəddəs həvarilərin qurduğu "Roma Kilsəsi", Müqəddəs Linusu seçməyə qərarlı idi. Xüsusilə Papa Pyotr, şəhid olmasından əvvəl Müqəddəs Linusu özündən sonra papa olmasından yanaydı. Müqəddəs Papa Pyotr şəhid olduqdan sonra digər həvarilərin də dəstəyi "Papa" seçilmişdi. Sonradan papa olacaq I Klementi piskoposluğa təyin etmişdir. Lakin, o dövrdə "Xristianlıq" dini hələ bir o qədər də yayılmadığı üçün Anakletusa da başqa bir bölgədə yepiskopluq vəzifəsini vermişdi.

Papa Linus, həvarilərin də qərarı ilə "Peter" ünvanını almışdır. Bəzi mənbələrə görə bunun səbəblərindən biri, Papa Linus dövründə xristianlığın əhəmiyyətli ölçüdə yayılmış olmasıdır. Həmçinin, Papalıq etdiyi dövrdə kilsəyə girən qadınların başlarının bağlanmasını ilk o bildirmişdir.

Şəhid olması və iddialar 250px|thumb|right|Petrobulus, Hermas, Linus, Sayus, Filoloqus Roma imperatoru Neron zamanında onun tərəfindən şəhid edilmişdir. Church History 3.2 Bunu sübut edəcək heç bir sənədin olmamasına baxmayaraq "anım günü" 23 sentyabrda qeyd edilir. Martyrologium Romanum (Libreria Editrice Vaticana, 2001 ISBN 88-209-7210-7 Şəhid olduğunu müdafiə edənlər, şəhid olmasını belə ifadə etməkdədirlər:

Ancaq bu xristianlığı yox etmək istəyərkən, əksinə daha da gücləndirdi. Linusdan sonra papa olan Anakletus, xristianlığı daha da yaymışdı. Nerondan sonra Roma İmperatorluğu, xristianlığı qəbul etdi və senata Papaları da daxil etməyə başladılar.

Digər iddialara görə, Papa Linus bir xəstəlik səbəbindən öldüyü bildirilir. Lakin, din kitabları və sənədlərdə, bunu dəstəkləyən dəlil və iddia yoxdur. Bu yalnız bəzi seqmentlər tərəfindən düşünülməkdədir.

Müqəddəs Papa Linusun məzarının yeri tam olaraq bilinmir. İddia edilən məzar 1615-ci il tarixində Torrigio adlı adam tərəfindən İtaliyada tapılmışdı. Məzarın üstündə, yazılan yazı "Linus" idi. Lakin, sonrakı zamanlarda aydın oldu ki "Anullinus" adlı birinin ilk 4 hərfinin düşməsi səbəbiylə belə olduğu iddia edilmişdir.

Həmçinin baxın Papaların siyahısı Müqəddəs Pyotr Klet Papa Xristianlıq

İstinadlar

Xarici keçdilər "Pope St. Linus". Katolik Ensiklopediyası. New York: Robert Appleton Company.

Kateqoriya:I əsr papaları Kateqoriya:İtalyan papalar Kateqoriya:I əsr xristian müqəddəsləri Kateqoriya:Xristianlıq