thumb|«Komandante Ferras» stansiya thumb|Braziliya prezidentinin stansiyaya səfəri
Komandante Ferras () — Braziliyaya məxsus olan qütb stansiyası (baza).
Baza ilk dəfə 6 fevral 1984-ci ildə Braziliyanın Antarktika maraq zonasında Admiraliti körfəzində, Kinq-Corc adasının sakilində yerləşir. Stansiya öz adını Braziliya hərbi-dəniz qüvvələrinin zabiti, hidroqraf, okeanoloq, Luis-Antonio di Karvalo Ferrasın şərəfinə adlandırılmışdır. Stansiyada yayda 100, qışda isə 50 elmi işçinin fəaliyyətinə imkan verir.
17 fevral 2008-ci ildə Braziliya prezidenti Luis İnasiu da SilvaBraziliya Antarktikada möhkəmlənir // MIGnews 18.02.2008 stansiyada olmuşdur. 250px|thumb|Adanın xəritəsi Bazadan bir qədər aralıda "General Artiqas" (Uruqvay), "Korol Secon" (Koreya), "Cubani" (Argentina), "Prezident Eduardo Frey Montavla" (Çili), "Henrik Arstovski" (Polşa) və "Maçu Pikçu" (Peru) stansiyaları yerləşir. Leyspinq adasının cəbununda "Eko-Nelson" (Çexiya), 50 km aralıda Qrinviç adasında isə "Kapitan Arturo Prat" stansiyası qərarlaşır.
25 fevral 2012-ci ildə stansiyada yanğın baş vermişdir. Alov mühərrik bölməsindən başlamış və bütün stansiyaya yayılmışdır.
İstinadlar
Mənbə Komandante Ferras antarktik stansiyasının rəsmi saytı Estação Antártica Comandante Ferraz
Həmçinin bax Braziliya Antarktikası
Kateqoriya:Qütb stansiyaları Kateqoriya:Braziliyada elm və texnologiya