Veqavis () — Qazkimilər dəstəsinə daxil olan nəsli kəsilmiş, cinsinin yeganə nümayəndəsi olan növ. Bu növ Üst təbaşir dövründə, 70,6-66,0 mln il əvvəl Antarktida ərazisində yaşamışdır.

Adının etimalogiyası Cinsin adı olan «Veqavis» (Vegavis) sözünün tərkib hissəsi olan «Veqa» kəlməsi Antarktida yaxınlığında yerləşən adanın adından, «avis» sözü isə latıncadan tərcümədə quş deməkdir. «iaai» isə Instituto Antartico Argentino (IAA) cümləsinin baş hərinlərindən götürülmüşdür.

Açılışı Aşkarlanan canlının qalıqları hazırda La-Plata muzeyində xaslanılır. Bu nümunə kataloqa MLP 93-I-3-1 sdı ilə daxil edilmişdir. Nümunə 1992-ci ildə Veqa adasının Aqnes burnunda aşkarlanmışdırЗемля тетануров — журнал «Вокруг света». № 2 (2785) (февраль 2006)Развитие жизни на Земле = The Definitive Visual History of Life on Earth / Алексей Пахневич. — М.: Астрель, Дорлинг Киндерсли, 2010. — 512 с. — ISBN 978-5-17-070942-7.. Adanın özü isə Ceyms Ross adasından şimal-qərbfə yerləşir.

Bununla belə bu tapıntı yalnız 2005 ildə yeni növ kimi qeydə almınmışdır. Tapıntı üzərində aparılan araşdırmalardan sonra bu qənayətə gəlinmişdir.

Xüsusiyyətləri Bədəninin uzunluğu 61 sm, çəkisi isə 2,2 kq olmuşdur. Xarici görünüş baxımından uzunayaq ördəyə bənzəyirdi. Onun kəlləsi aşkarlanmasada böyük ehtimal ki, qazkimilərin dimdiyinə sabil olmuşdur.

Sistemləşmə Veqavis hazırda yayılmış ördəklər fəsiləsinə aid quşlara yaxınlığı ilə seçilir. Ancaq Veqavislər ördəklərin bir başa əcdadı sayılmır.

Vegavis iaai növünün aşkarlanması onu göstərirki, günümüzdə yayılmış quşların oxşarları atıq təbaşir dövründən mövcud olmuşdur.

İstinadlar

Mənbə BBC News — Cretaceous duck ruffles feathers. 20 January, 2005

Kateqoriya:Antarktida quşları Kateqoriya:Nəsli kəsilmiş quşlar