Hadisələr 3 sentyabr - Paris (Versal) sülh müqaviləsinin imzalanması, İngiltərənin ABŞ-nin müstəqilliyini tanıması. 11 oktyabr — Rusiya Elmlər Akademiyası təsis edilib. İlk prezidenti knyaginya Yekaterina Daşkova olub. Krım yarımadası Rusiya imperiyasına birləşdirildi. Həmin ildə də Krımda Sevastopol şəhərinin əsası qoyuldu. İrəvanda üsyan nəticəsində Hüseynəli və Məmmədhəsən xan qardaşlarının öldürülməsi, Hüseynəli xanın oğlu Qulaməli xanın hakimiyyətə (1783-1785) gəlməsi. Xoy xanı Əhməd xan tərəfindən Cəfərqulu xanın Naxçıvanda hakimiyyətə gətirilməsi. Gəncədə Hacı bəyin başçılığı ilə baş verən üsyan nəticəsində ikihakimiyyətliliyə son qoyulması. Xoy xanı Xudadad xanın Təbriz döyüşündə Əli xan Şəqaqiyə qalib gəlməsi. Məliklərin Qarabağ xanlığına qarşı mübarizəsinin kəskinləşməsi. 20 avqust - Qafqazdakı rus qoşunlarının komandanı P.S.Potyomkinin Azərbaycan xanlarına müraciəti. 1783 İrlandiya Apellyasiya Aktı

Doğumlar Vaşinqton İrvinq – tanınmış Amerika yazıçısı, tarixçi, siyasətçi (ö.1859).

Ölümlər Hatif İsfahani

İstinadlar