"Can't Help Falling in Love" — Elvis Preslinin 1961-ci ildə sinql kimi buraxılmış mahnısı. Huqo Peretti, Luici Kreatore və Corc Vays tərəfindən yazılmış mahnının melodiyası Jan-Pol Ejid Martininin (1741–1816) "Plaisir d'Amour" (1784) romansının əsasında yazılıb. Mahnıdan Elvis Preslinin də çəkilmiş olduğu 1961-ci il istehsalı olan "Mavi Havay" filmində istifadə olunub.

Sinqlın relizi 1961-ci il noyabrın 22-də keçirilib ("B" üzündə "Rock-A-Hula Baby" yazılıb). Mahnı Böyük Britaniya hit-paradında birinciliyə qədər yüksəlib. 27 yanvar 1962-ci ildə ABŞ-da yarım milyonuncu nüsxəsi satılmış və mahnı "qızıl" sertifikat almışdır. 1960-cı illərin sonlarında və 1970-ci illərdə Presli öz konsertlərini adətən bu mahnı ilə bitirirdi.

2004-cü ildə Rolling Stone jurnalı "Can't Help Falling in Love" mahnısının Elvis Preslinin ifasında olan versiyasını "Tarixin ən yaxşı 500 mahnısı" siyahısında 394-cü yerə layiq görüb. Mahnı 2011-ci ilin siyahısında 403-cü yerdə qərarlaşıb.

İstinadlar

Xarici keçidlər Mahnının sözləri MetroLyrics saytında Can't Help Falling in Love Songfacts saytında

Kateqoriya:Elvis Presli mahnıları Kateqoriya:1961-ci ilin sinqlları Kateqoriya:1961-ci ilin mahnıları Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:Rəqs-pop mahnıları Kateqoriya:1986-cı ilin sinqlları Kateqoriya:1987-ci ilin sinqlları Kateqoriya:1993-cü ilin sinqlları