Aboa — Finlandiyanın Antarktidadakı araşdırma stansiyasıdır. Adı Turkunun latıncadan olan adından yaranıb. 1988-ci ildə Kraliça Mod Torpağında sahildən 130 kilometr içəridə Vestfyella dağlarında Basen adı verilən bir qayalıq (nunatak) üzərində qurulmuşdur.

Stansiya, Finlandiya Ticarət və Sənaye Nazirliyi tərəfindən maliyyəyə edilmiş, Finlandiya VTT Texniki Araşdırma Mərkəzi tərəfindən hazırlanaraq inşa edilmişdir. Hazırda Finlandiya Əmək və İqtisadiyyat Nazirliyi nəznində fəaliyyət göstərir."Aboa research station" , Finnish Antarctic Research Program (FINNARP)

Stansiya yalnız yay aylarında istifadə edilməkdədir. 12 nəfərlik iş sahəsi və ən çox 18 nəfər üçün müvəqqəti yaşayış sahəsi mövcuddur.

İsveçə aid Vasa Araşdırma Stansiyası, Aboanın 200 metr yaxınlığında qurulmuşdur. Aboa və Vasa birlikdə Nordensköld bazasını təşkil edirlər."Research Stations" , Swedish Polar Research Secretariat

İstinadlar

Kateqoriya:Qütb stansiyaları Kateqoriya:Avropa və Antarktida Kateqoriya:Finlandiyada elm və texnologiya