Aleksandr Adamoviç Benniqsen (; ) — rus əsilli fransız şərqşünası, sovetoloqu.
Həyatı Aleksandr Adamoviç Benniqsen 20 mart 1913-cü ildə Sankt Peterburqda (Leninqrad) Baltık əsilli bir Alman ailəsində dünyaya gəlmişdi. Rus çarının atlı mühafiz birliyində polkovnik olan atası, 1917 oktyabr Bolşeviklərin iqtidarı ələ keçirmələriylə baş verən vətəndaş müharibəsinin ikinci ilində arvadı ilə oğlu Alexandrı İstanbula gətirib yerləşdirdi və özü təkrar birliyinə döndü. Ancaq qırmızıların qalibiyyəti üzərinə o da İstanbula gəldi. Bir müddət sonra 1922-ci ildə ailə böyüklərinin olduğu, o dönəmdə hələ müstəqil olan Estoniyanın paytaxtı Tallinə köç etdilər və iki il burada qaldıqdan sonra 1924-cü ildə Parisə gedərək oraya yerləşdilər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fransa şərqşünasları Kateqoriya:Sovetoloqlar