Tahir Zahidov (10 fevral 1979) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.
Karyerası Tahir Zahidov 1994-cü ildə Birləşmiş Ştatlarda, 1995-ci ildə isə Macarıstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatlarının qalibi oldu. 1995-ci ildə Praqa şəhərində (Çexiya) Dünya Çempionatını 20-ci pillədə başa vuran Tahir Zahidov 1996-cı ildə Budapeşt şəhərində (Macarıstan) Avropa Çempionatını 8-ci pillədə başa vurdu.
Tahir Zahidov 1996-cı ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. İyulun 20-də mübarizə aparan Tahir Zahidov 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə 1992-ci il Barselona Olimpiadasının qalibi olan Almaniya nümayəndəsi Oleq Kurçenxo ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 0:10 hesabı ilə məğlub olan Tahir Zahidov, mübarizəni təsəlliverici qrupda davam etdi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Yəmən nümayəndəsi Abdulla Al-İzani oldu. Rəqibinə 11:0 hesabı ilə qalib gələn Tahir Zahidov, qrupun növbəti mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi İtaliya nümayəndəsi Francesco Kostantino oldu. Bu görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olan Tahir Zahidov, Atlanta Olimpiadasıı 14-cü pillədə başa vurdu.
Olimpiadadan sonra Tahir Zahidov 1996-cı ildə Polşada gənclər arasında Dünya Çempionatını altıncı pillədə başa vurdu.
1997-ci ildə isə Tahir Zahidov İstanbul şəhərində gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib olsa da, həmin il Finlandiyada baş tutan gənclər arasında Dünya Çempinatını dördüncü pillədə başa vurdu.
1998-ci ildə Albaniyada baş tutan gənclər arasında Avropa Çempionatında dördüncü pillədə qərarlaşan Tahir Zahidov 1999-cu ildə Budapeşt şəhərində (Macarıstan) gənclər arasında Avropa Çempionatının qızıl, Buxarest şəhərində (Rumıniya) gənclər arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu. 1999-cu ildə idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə11994Yeniyetmələrin Dünya Çempionatı ABŞ1.21995Yeniyetmələrin Dünya Çempionatı Macarıstan1.3Dünya Çempionatı Çexiya20.41996Avropa Çempionatı Macarıstan8.5Olimpiya Oyunları ABŞ14.6Gənclərin Dünya Çempionatı Polşa6.71997Gənclərin Avropa Çempionatı Türkiyə3.8Gənclərin Dünya Çempionatı Finlandiya4.91998Gənclərin Avropa Çempionatı Albaniya4.101999Gənclərin Avropa Çempionatı Macarıstan1.11Gənclərin Dünya Çempionatı Rumıniya2.
İstinadlar
Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri