Mouson-Pik — Herd adasında Biq-Ben vulkanın massivində yerləşən vulkan.
Vulkanın hündürlüyü 2750 m, digər məlumata görə isə 2745 m təşkil edir. Bu zirvə inzibati baxımdan Avstraliya ərazisində ən hündür nöqtədir. Üstəlik Mouson-Pik Avstraliya ərazisində fəaliyyətdə olan iki vulkandan biridir. 1910-cu ildən bəri 8 püskürmə qeydə alınmışdır. Son püskürmə 10 avqust 2005-ci ilə təsadüf edir.
Vulkan 1948-ci ildə Duqlas Mousonun şərəfinə adlandırılmışdır. O, öz ekspedisiyası zamanı 1929-ci ildə adada olmuşdur.
İstinadlar
Xarici keçidlər Volcano Live
Kateqoriya:Antarktika vulkanları Kateqoriya:Avstraliyadakı vulkanlar Kateqoriya:Stratovulkanlar Kateqoriya:Aktiv vulkanlar