Adeli pinqivini () (Pygoscelis adeliae), pinqvinlər (Spheniscidae) fəsiləsindən olan Antarktida mənşəli pinqivin növüdür. Boyu 45–75 sm aralığında, çəkisi təxminən 5 kiloqramdır. İmperator pinqivini ilə yanaşı Antarktida qitəsinin əsas hissəsində görülən tək pinqivin növüdür. Növün adı, fransız tədqiqatçı Cu les Dumontun həyat yoldaşı Adelidən alır. Adélie, adj. and n . OED Online. Oxford University Press, March 2014.

Özəllikləri Bu pinqvinin üst qisimi qara, alt qisimi ağ rəngdədir. Ağ göz çevrəsi və sarı ayaqlar xarakteristik xüsusiyyətidir.

Yaşayışları Adeli pinqvinləri, sıxlıqla, koloniyalar halında yaşayır və çoxalırlar. Ross adası üzərində təxminən yarım milyon fərddən ibarət Adeli pinqvini koloniyası var. Yerlərinə çox bağlıdırlar. Antarktida yayında əsasən quruda, digər zamanlarda dənizdəki parça buzlu sahələrin sahilində yaşayırlar. Sayları təxminən 20 milyon olaraq hesablanır. "Continental-scale mapping of Adélie penguin colonies from Landsat imagery" doi:10.1016/j.rse.2013.08.009.

Çoxalma 200px|thumb|left|Adeli pinqvininin yumrtası Bu pinqvinlərin kürt periodu oktyabr ayında başlayır. "Climate change winners and losers" . 3 News NZ. April 4, 2013. Dişilər bir araya yığılmış daşlardan ibarət yuvalara yumurtalarını qoyur və yenidən yemək axtarmağa gedirlər. Erkək pinqvinlər isə kürtləri sahiblənirlər. Davam edən 35 gün ərzində bu heyvanlar heç bir şey yeməzlər və bu müddət ərzində balalar yumurtadan çıxırlar. Bu əsnada dişilər də dönər və balaların yetişdirilməsində köməkçi olurlar. Mart ayına kimi bala pinqvinlər yetkin halına gəlirlər və balıq ovlamaq üçün onlar da dənizə gedən pinqvinlərə qoşularlar.

İstinadlar

Xarici keçidlər Pygoscelis adeliae

Kateqoriya:Antarktida quşları Kateqoriya:Antarktika pinqvinləri Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:25–29 ID olan Taksonbar