Çamsulvara Çamsulvarayev () — Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2009-cu il Avropa Çempionatının qalibi.

Həyatı Çamsulvara Bəhəmmədoviç Çamsulvarayev 1984-cü il sentyabrın 6-da Serqoqala rayonunda anadan olub. 1999-cu ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Ənvər Məhəmmədhacıyevdir.

Karyerası Çamsulvara Çamsulvarayev 2005 və 2006-cı illərdə Rusiya Çempionatının bürünc medallarına sahib oldu. Həmin illərdə Rusiya yığmasının bir nömrəli güləşçisi Mahaç Murtuzəliyev olduğuna görə Çamsulvara Çamsulvarayev Dünya və Avropa Çempionatlarında mübarizə apara bilmirdi. 2007-ci ildə Azərbaycan Güləş Federasiyası Çamsulvara Çamsulvarayevi Azərbaycan yığmasının heyətinə cəlb etdi.

Çamsulvara Çamsulvarayev 2007-ci ilin aprelində Bolqarıstanda Avropa Çempionatını, həmin ilin sentyabrında isə Azərbaycanda Dünya Çempionatını bürünc medalla başa vurdu. Dünya Çempionatının nəticələrinə əsasən Çamsulvara Çamsulvarayev həm də olimpiya lisenziyasına sahib oldu.

2008-ci ilin aprelində Finlandiyanın Tampere şəhərində Avropa Çempionatının bürünc medalına sahib olan Çamsulvara Çamsulvarayev iyunda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.

Çamsulvara Çamsulvarayev Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil etdi. Çamsulvara Çamsulvarayev olimpiadanın 1/8 final mərhələsində Belarus nümayəndəsi Murad Heydərov ilə üz-üzə gəldi. Görüşün birinci hissəsində rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazanan Çamsulvara Çamsulvarayev növbəti hissədə rəqibinə 0:2 hesabı ilə məğlub oldu. Həlledici hissədə isə rəqibinə minimal fərqlə (0:1) məğlub olan Çamsulvara Çamsulvarayev olimpiadanı 14-cü pillədə başa vurdu.

Olimpiadadan sonra Çamsulvara Çamsulvarayev 2009-cu ilin yanvarında Rusiyada İvan Yarıginin xatirəsinə həsr olunan beynəlxalq turnirin bürünc medalına sahib oldu. Həmin ilin martında isə Çamsulvara Çamsulvarayev Litvanın Vilnüs şəhərində Avropa Çempionatının qızıl medalına sahib oldu. Avropa çempionluğundan sonra Çamsulvara Çamsulvarayev həmin ilin iyulunda Qızıl Qran-Pri beynəlxalq turnirini bürünc, sentyabrda isə Dünya Çempionatını gümüş medalla başa vurdu.

2010-cu ilin aprelində Çamsulvara Çamsulvarayev Azərbaycanda baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirini də bürünc medalla başa vuran Çamsulvara Çamsulvarayev sentyabrda Rusiyada Dünya Çempionatında uğursuz çıxış etdi və 16-cı pillənin sahibi oldu.

2012-ci ilin fevralında Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq tunirdə də uğursuz çıxış edən Çamsulvara Çamsulvarayev həmin il 27 yaşında idmanla vidalaşdı.

Nəticələri SıraİlYarışEv sahibiNəticə Azərbaycan12007Avropa Çempionatı Bolqarıstan3.2Dünya Çempionatı Azərbaycan3.32008Avropa Çempionatı Finlandiya3.4Qızıl Qran-Pri Azərbaycan1.5Olimpiya Oyunları Çin14.62009İvan Yarıgin Turniri Rusiya3.7Avropa Çempionatı Litva1.8Qızıl Qran-Pri Azərbaycan3.9Dünya Çempionatı Danimarka2.102010Avropa Çempionatı Azərbaycan3.11Qızıl Qran-Pri Azərbaycan3.12Dünya Çempionatı Rusiya16.132012Yaşar Doğu turniri Türkiyə20.

Ölümü Karyerasını 2014-cü ildə başa vuran Çamsulvara Çamsulvarayev həmin illərdə yeni formalaşmağa başlayan İraq Şam İslam Dövləti olaraq tanınan İŞİD-in sıralarında döyüşməyə başladı. Al Abra ləqəbi ilə tanınırdı. 2016-cı il sentyabrın 28-də İraqın Mosul şəhərində hərbi əməliyyatlar zamanı məhv edildi. Məzarı yoxdur.

İstinadlar

Kateqoriya:Dargilər Kateqoriya:Rusiyanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Azərbaycan islamçıları