Kim Hye-Qyon (9 mart 1993, Sarivon, KXDR) — Koreya Xalq Demokratik Respublikasını təmsil edən marafonçu. Kim Hye-Qyon Koreya Xalq Demokratik Respublikasını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Kim Hye-Qyon birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 28 dəqiqə 36 saniyəyə qət edərək 157 marafonçu sırasında 11-ci yeri tutdu.
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:Şimali Koreyada doğulanlar