Bəhmən Gülbarnəjad (; 12 iyun 1968, Abadan, İran – 17 sentyabr 2016, Rio-de-Janeyro, BraziliyaParalimpiyaçı Rioda öldü . qafqazinfo.az, 18.09.2016 ) — iranlı paralimpiya velosipedçisi.
Paralimpiya Oyunlarında İlk dəfə 2012-ci ildə Londonda keçirilmiş Paralimpiya Oyunlarında iştirak etmişdir.
Vəfatı Bəhmən Gülbarnəjad Rio-2016 Paralimpiya Oyunlarında kişilərin velosiped yarışında dik təpədən enərkən yıxılıb. O, bir neçə xəsarət alıb, o cümlədən boynu zədələnib. Beynəlxalq Paralimpiya Komitəsi 48 yaşlı velosipedçinin qəzadan sonra ürəyinin dayandığını, xəstəxanaya aparılandan az sonra öldüyünü bildirib.
İstinadlar
Kateqoriya:İran paralimpiyaçıları Kateqoriya:Abadanda doğulanlar Kateqoriya:Rio-de-Janeyroda vəfat edənlər Kateqoriya:Behişti-Zəhrada dəfn olunanlar Kateqoriya:İran hərbçiləri