thumb|Luna 1 thumb|Luna proqramında (qırmızı), Apollon proqramında (yaşıl) və Serveyer proqramındə (sarı) Aya enilən ərazilər. thumb|Luna 3 tərəfindən çəkilmiş Ayın Yerdən görünməyən üzünün ilk şəkli.
Luna proqramı () — 1959–1976-cı illəri əhatə edən SSRİ-nin Ay tədqiqat proqramına daxil olan kosmik proqram. Rusiya Luna proqramını Luna-Qlob proqramı olaraq davam etdirməyi planlaşdırır. Proqram ərzində 15 uğurlu eniş və orbitdə uçuş missiyası həyata keçirilmişdir. Luna proqramı Ay tədqiqatları ilə bağlı çoxlu ilklərə nail olmuşdur. Bu proqram çərçivəsində Ayın kimyəvi tərkibi, cazibə qüvvəsi, radiasiyası, istiliyi başda olmaqla çoxlu müşahidələr aparılmışdır.
SSRİ dövründə rəsmən Luna adını daşıyan 24 kosmik gəmi olmuşdur. Yerin orbitindən çıxa bilməyən uğursuz Luna layihələrinə rəsmi adlar verilməmişdir. Yerin orbitində sıradan çıxan bəzi Luna proqramına aid olan kosmik gəmilərə şərti Kosmos adı verilmişdir.Planetary Spacecraft — Moon Missions (RussianSpaceWeb.com) Luna proqramı üçün SSRİ təqribən 4,5 milyard dollar xərc çəkmişdir.
Uğurları Luna 1 kosmik gəmisinin Ayla toqquşması nəzərdə tutulmuşdu. Buna baxmayaraq Ayın yaxınlığından keçən ilk kosmik gəmi oldu. Luna 2 kosmik gəmisi uğurla Ay səthinə çırpıldı və Ayla təmas edən ilk insan istehsalı kosmik gəmi oldu. Luna 3 kosmik gəmisi tərəfindən Ayın Yerdən görünməyən üzünün ilk dəfə şəkli çəkildi. Luna 9 kosmik gəmisi ilk dəfə Ayın səthinə işlək şəkildə enən kosmik gəmi oldu və Ayın yaxından çəkilişlərini həyata keçirdi. Luna 10 kosmik gəmisi Ayın orbitinə girməyi bacarmış ilk kosmik gəmi oldu. Luna 17 və Luna 21 kosmik gəmiləri Ayın səthinə Lunaxod 1 və Lunaxod 2 roverlərini buraxdı. Luna 16, Luna 20, Luna 24 kosmik gəmiləri tərəfindən ümumilikdə 0,326 kq Ay süxurlarının örnəyi toplanaraq, uğurla Yerə daşındı.
Digər önəmli missiyalar Luna 15 missiyası həyata keçirilərkən, ABŞ tərəfindən Ayda Apollon 11 missiyası həyata keçirilirdi. Luna 15 Ay səthinə enərkən dağa çırpıldı. Bu vaxt Neyl Armstronq və Edvin Oldrin Ayın səthində idi.
Uğursuz missiyalar Luna proqramı çərçivəsində həyata keçirilən və Yer orbitindən çıxa bilməyərək uğursuz nəticələr əldə edən kosmik gəmilər SSRİ tərəfindən elan olunmadı. Məsələn, uğursuz alınan ilk üç Luna missiyasına şərti kod adlar (Luna 1A, Luna 1V, Luna 1S) verilmişdi.Williams, David R. "Tentative IDs" . NASA NSSDC. Uğursuz alınan uçuşlardan bəzilərinə şərti olaraq Kosmos adı verilmişdir.
Missiyaların siyahısı
SSRİ dövründə Tanınan adı Kod adı Missiya Uçuş tarixi Daşıyıcı raket Nəticəsi Haqqında yoxdur E-1 No.1 Toqquşma 23 sentyabr 1958 Luna Uğursuz Orbitdə sıradan çıxdı. yoxdur E-1 No.2 Toqquşma 11 oktyabr 1958 Luna Uğursuz Orbitdə sıradan çıxdı. yoxdur E-1 No.3 Toqquşma 4 dekabr 1958 Luna Uğursuz Orbitdə sıradan çıxdı. Luna 1 E-1 No.4 Toqquşma 2 yanvar 1959 Luna Qismən uğurlu Ayın yaxınlığından uçaraq keçdi. yoxdur E-1A No.1 Toqquşma 18 iyun 1959 Luna Uğursuz Orbitdə sıradan çıxdı. Luna 2 E-1A No.2 Toqquşma 12 sentyabr 1959 Luna Uğurlu 14 sentyabr 1959-cu ildə Ay səthinə çırpıldı və Ayla təmas etmiş insan istehsalı ilk kosmik cism oldu. Luna 3 E-2A No.1 Yaxın uçuş 4 oktyabr 1959 Luna Uğurlu Ayın Yerdən görünməyən üzünün ilk şəklini çəkdi. yoxdur E-3 No.1 Yaxın uçuş 15 aprel 1960 Luna Uğursuz Orbitdə sıradan çıxdı. yoxdur E-3 No.2 Yaxın uçuş 16 aprel 1960 Luna Uğursuz Orbitdə sıradan çıxdı. yoxdur E-6 No.2 Eniş 4 yanvar 1963 Molniya-L Uğursuz Orbitdən çıxa bilmədi. yoxdur E-6 No.3 Eniş 3 fevral 1963 Molniya-L Uğursuz Orbitdə sıradan çıxdı. Luna 4 E-6 No.4 Eniş 2 aprel 1963 Molniya-L Kosmik gəmidə problem Uğursuz istiqamət düzəlişi edərək Ayın yaxınlığından keçdi. yoxdur E-6 No.6 Eniş 21 mart 1964 Molniya-M Uğursuz Orbitdə sıradan çıxdı. yoxdur E-6 No.5 Eniş 20 aprel 1964 Molniya-M Uğursuz Orbitdə sıradan çıxdı. Kosmos 60 E-6 No.9 Eniş 12 mart 1965 Molniya-L Uğursuz Orbitdən çıxa bilmədi. Beş gün sonra sıradan çıxdı. yoxdur E-6 No.8 Eniş 10 aprel 1965 Molniya-L Uğursuz Orbitdə sıradan çıxdı. Luna 5 E-6 No.10 Eniş 9 may 1965 Molniya-M Kosmik gəmidə problem Uğursuz eniş. Buludlar dənizinə çırpıldı. Luna 6 E-6 No.7 Eniş 8 iyun 1965 Molniya-M Kosmik gəmidə problem Uğursuz istiqamət düzəlişi edərək Ayın yaxınlığından keçdi. Luna 7 E-6 No.11 Eniş 4 oktyabr 1965 Molniya Kosmik gəmidə problem Uğursuz eniş nəzarəti. Qasırğalar okeanına çırpıldı. Luna 8 E-6 No.12 Eniş 3 dekabr 1965 Molniya Kosmik gəmidə problem Uğursuz eniş nəzarəti. Qasırğalar okeanına çırpıldı. Luna 9 E-6 No.13 Eniş 31 yanvar 1966 Molniya-M Uğurlu 3 fevral 1966-cı ildə Qasırğalar okeanına uğurlu eniş. Kosmos 111 E-6S No.204 Orbitdə uçuş 1 mart 1966 Molniya-M Uğursuz Orbitdən çıxa bilmədi. İki gün sonra sıradan çıxdı. Luna 10 E-6S No.206 Orbitdə uçuş 31 mart 1966 Molniya-M Uğursuz Luna 11 E-6LF No.101 Orbitdə uçuş 24 avqust 1966 Molniya-M Uğurlu Luna 12 E-6LF No.102 Orbitdə uçuş 22 oktyabr 1966 Molniya-M Uğurlu Luna 13 E-6M No.205 Eniş 21 dekabr 1966 Molniya-M Uğurlu 24 dekabr 1966-cı ildə Qasırğalar okeanına uğurlu eniş. yoxdur E-6LS No.112 Orbitdə uçuş 7 fevral 1968 Molniya-M Uğursuz Orbitdə sıradan çıxdı. Luna 14 E-6LS No.113 Orbitdə uçuş 7 aprel 1968 Molniya-M Uğurlu yoxdur E-8 No.201 Rover 19 fevral 1969 Proton-K/D Uğursuz İlk Lunaxod cəhdi. Orbitdə sıradan çıxdı. Lunaxod yox oldu. yoxdur E-8–5 No.402 Örnəklə dönmək 14 iyun 1969 Proton-K/D Uğursuz Orbitdə sıradan çıxdı. Luna 15 E-8–5 No.401 Örnəklə dönmək 13 iyun 1969 Proton-K/D Kosmik gəmidə problem Ayın orbitinə uğurla daxil olsa da, eniş uğursuz oldu. Bu missiya həyata keçərkən Apollon 11 Aya enmişdi. Kosmos 300 E-8–5 No.403 Örnəklə dönmək 23 sentyabr 1969 Proton-K/D Uğursuz Orbitdən çıxa bilmədi. Dörd gün sonra sıradan çıxdı. Kosmos 305 E-8–5 No.404 Örnəklə dönmək 22 oktyabr 1969 Proton-K/D Uğursuz Orbitdən çıxa bilmədi. İki gün sonra sıradan çıxdı. yoxdur E-8–5 No.405 Örnəklə dönmək 6 fevral 1970 Proton-K/D Uğursuz Orbitdə sıradan çıxdı. Luna 16 E-8–5 No.406 Örnəklə dönmək 12 sentyabr 1970 Proton-K/D Uğurlu 20 sentyabr 1970-ci ildə Aya uğurlu eniş. 24 sentyabr 1970-ci ildə Yerə örnəklə uğurlu dönüş. Luna 17 E-8 No.203 Rover 10 noyabr 1970 Proton-K/D Uğurlu 17 noyabr 1970-ci ildə Yağışlar dənizinə uğurlu eniş. Lunaxod 1 uğurla Ay səthində gəzdi. Luna 18 E-8–5 No.407 Örnəklə dönüş 2 sentyabr 1971 Proton-K/D Kosmik gəmidə problem Ayın orbitinə uğurla daxil olsa da, eniş uğursuz oldu. Luna 19 E-8LS No.202 Orbitdə uçuş 28 sentyabr 1971 Proton-K/D Uğurlu Luna 20 E-8–5 No.408 Örnəklə dönüş 14 fevral 1972 Proton-K/D Uğurlu 21 fevral 1972-ci ildə Aya uğurlu eniş. 25 fevral 1972-ci ildə Yerə örnəklə uğurlu dönüş. Luna 21 E-8 No.204 Rover 8 yanvar 1973 Proton-K/D Uğurlu 15 yanvar 1973-cü ildə Aya uğurlu eniş. Lunaxod 2 uğurla Ay səthində gəzdi. Luna 22 E-8LS No.206 Orbitdə uçuş 29 may 1974 Proton-K/D Uğurlu Luna 23 E-8–5M No.410 Örnəklə dönüş 28 oktyabr 1974 Proton-K/D Kosmik gəmidə problem Böhranlar dənizinə səhv eniş. yoxdur E-8–5M No.412 Örnəklə dönüş 16 oktyabr 1975 Proton-K/D Uğursuz Orbitdən çıxa bilmədi. Luna 24 E-8–5M No.413 Örnəklə dönüş 9 avqust 1976 Proton-K/D Uğurlu 18 avqust 1976-ci ildə Böhranlar dənizinə uğurlu eniş. 22 avqust 1976-ci ildə Yer örnəklə uğurlu dönüş. yoxdur 8ЕL No. 205 Örnəklə dönüş 1977 Proton-K/D Təxirə salındı
Rusiya dövründə Tanınan adı Kod adı Missiya Uçuş tarixi Daşıyıcı raket Nəticəsi Haqqında Luna 25 Eniş 2019 Planlaşdırılır Universal eniş platformasının sınağı. Luna 26 Orbitdə uçuş 2021 Planlaşdırılır Ay səthinin xəritələrinin hazırlanması və səthdəki stansiyalarla əlaqə. Luna 27 Eniş 2023 Planlaşdırılır Buz olan yerlərdə buruq qazılması. Yeni Lunaxod missiyası.Luna 28 Örnəklə dönüş. 2025 Planlaşdırılır Əsasən buz olmaqla örnəklər toplamaq və Yerə örnəklə dönüş.
Həmçinin bax Ay Sovet Ay proqramı
İstinadlar
Xarici keçidlər Lunar and Planetary Department Moscow University Luna Series (USSR) Profile by NASA's Solar System Exploration Encyclopaedia Britannica, Luna Space Probe Soviet Luna Chronology (Internet Archive) Soviet Lunar Images Exploring the Moon: Luna Missions
Kateqoriya:Luna proqramı Kateqoriya:Kosmik proqramlar