Əhməd Attellesey (30 iyul 1995) — Liviyalı üzgüçü. Əhməd Attellesey Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi.

Karyerası Əhməd Attellesey birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.89 saniyəlik nəticəsi ilə 53-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Attellesey 50 m sərbəst və kəpənək stilində Liviya rekordu qırdı.

Mənbələr

İstinadlar

Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında üzgüçülər