Pirelli — 1872-ci ildə Covanni Battista Pirelli tərəfindən Milanda, plastika istehsalçısı olaraq qurulmuş, beynəlxalq arenada fəaliyyət göstərən təkər firmasıdı. Təkər sektorunda Pirelli, gəlir mənasında dünyanın 5-ci ən böyük markasıdır. 2006-cı ildə Pirelli şinləri 3,94 milyard avro satış əldə edərək, bir əvvəlki ilə görə 8,7% böyümə qeyd etmişdir. Pirelli şinləri, rezin dizayn, inkişaf, istehsal və marketinq sahələrində fəaliyyət göstərməsiylə, "Beynəlxalq Pirelli Qrupu"nun əhəmiyyətli bir parçasına çevrilmişdir. Pirelli şinlərinin fəaliyyət sahəsi, yüngül ticari vasitə və motosikldan (gəlirin 70%-i istehlakçı bazardan əldə olunur), avtobus, yük maşını, traktor, iş maşını və marketinqə (gəlirin 30%-i sənaye bazarından əldə olunur) qədər uzanmaqdadır.
Tarixi 1870-ci ildə Covanni Battista Pirelli tərəfindən buxarla çalışan bir maşın, 5 idarəçi və 50 işçi ilə Milanda qurulan Pirelli, hal hazırda dünyanın 17 ölkəsində ümumilikdə 23 fabrikdə təkər sektorunda fəaliyyət göstərir. Fəaliyyətinə kauçuk sahəsində başlayan şirkət, hazırda rezin təkər ilə yanaşı enerji və kommunikasiya sahələrində istifadə olunan kabellərin istehsalını da reallaşdırır.
Maliyyə məlumatları thumb|right|Pirelli mərkəzi binası. Milan, İtaliya Financial Data"Annual Report 2013" . Pirelli & C 2013 (milyon €) 2012 (milyon €) 2011 (milyon €) 2010 (milyon €) 2009 (milyon €) Tam Satış 6,146 6,072 5,655 4,848 4,067 İşətmə karı 1,080 1,064 807 629 453 Qazanc, marağ və vergi 791 792 582 408 250 Tam Gəlir 306 398 441 4 (23) Tam sərmayə yatırımı 4,455 4,427 3,727 3,281 3,818 İşçilər 37,979 37,338 34,259 29,573 29,570
Mənbələr Pirellinin tarixi (ingiliscə)
İstinadlar
Xarici keçidlər Pirelli rəsmi saytı
Kateqoriya:1872-ci ildə yarananlar Kateqoriya:İtaliya brendləri Kateqoriya:Nəqliyyat vasitəsi şini Kateqoriya:İtaliya şirkətləri