Azərbaycan Demokratik Maarifçilik Partiyası və ya qısaca ADMP — Məmmədhənifə Musayev tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınan siyasi partiya. ADMP 1995–2000-ci illərdə və 2015-ci ildən Milli Məclisdə təmsil olunur. ADMP sədri 1995–2004-cü illərdə Məmmədhənifə Musayev olub, 2004-cü ildən isə sədr onun oğlu Elşən Musayevdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Demokratik Maarifçilik Partiyasının üzvlərinin 85%-i kişi, 15%-i isə qadın olmuşdur.
Tarixi Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.
Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan parlament seçkilərində mübarizə apardı. Bu seçkilərdə qalib olmayan partiya 4 fevral 1996-cı il tarixli təkrar seçkilərə qatıldı. Nəticədə ADMP üzvü və partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi.
Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan parlament seçkilərində mübarizə apardı, amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi.
ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu.
ADMP 2005-ci il noyabrın 6-da baş tutan parlament seçkilərində mübarizə apardı, amma növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi.
Daha sonra ADMP 2010-cu il noyabrın 7-də baş tutan parlament seçkilərində də mübarizə apardı. 17 saylı Yasamal üçüncü dairəsində namizədliyini irəli sürən AMDP sədri Elşən Musayev, 55 səslə 13-cü pillədə qərarlaşdı.
ADMP sədri Elşən Musayev növbəti illərdə də, 2015-ci il noyabrın 1-də baş tutan və 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində də mübarizə apardı. Elşən Musayev 2015-ci ildə 110 saylı Zaqatala dairəsindən 13 280 səslə, 2020-ci ildə isə həmin dairədən 9 004 səslə qalib gəldi.
Rəhbərlik SıraSədrBaşlanğıcBitmə1.Məmmədhənifə Musayev11 dekabr 199517 noyabr 20042.Elşən Musayev2004Hal-hazırda
Nəticələri
Parlament seçkiləri SeçkiSədrMajoritarProporsionalCəmiSəs%MandatSəs%Mandat1995Məmmədhənifə Musayev 2000 2005Elşən Musayev 2010 55 0.00 2015 13 280 0.4720209 004 2024
Qərargah Azərbaycan Demokratik Maarifçilik Partiyasının qərargahı Xətai rayonunda Q. Məmmədov Küç. 3/20 ünvanında yerləşir.
Həmçinin bax
Demokratik İslahatlar Partiyası Azərbaycan Sosial Rifah Partiyası
İstinadlar
Kateqoriya:Azərbaycandakı siyasi partiyalar Kateqoriya:1995-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:Azərbaycandakı mühafizəkar partiyalar