Restaurant to Another World () və ya Yaponiyada tanınan adı ilə — Katsumi Enaminin rəssamlığı ilə Cunpey İnuzuka tərəfindən yazılan ranobe seriyası. Shufunotomo nəşriyyatı tərəfindən üç cildi buraxılmışdır. Takaaki Kuqatsunun rəssamlığı ilə hazırlanan manqa 2016-cı ilin noyabrında Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 3 iyul 2017-ci ildən 18 sentyabr 2017-ci ilə kimi anime serialı adaptasiyası yayımlanmışdır.
Məzmun "Yōshoku no Nekoya" () alış-veriş rayonunun tanınmayan küncündə yerləşən Qərb üslubunda olan adi restorandır. Lakin müəmmalı şəkildə bu restoran bazar günləri açıq olur və çox qəribə müştərilərə çox qəribə yeməklər təklif edir.
Media Ranobe Müəllif Cuppey İnuzuka ranobe seriyasını Shōsetsuka ni Narō veb-roman saytı vasitəsilə 4 yanvar 2013-cü ildən yayımlamaqdadır. Shufunotomo nəşriyyatı veb-romanı ranobeyə çevirərək 28 fevral 2015-ci ildə Hero Bunko imprinti altında ilk cildi buraxmışdır. İndiyə kimi kimi 6 cildi buraxılmışdır.
Cild siyahısı
Manqa Manqa adaptasiyası Cuppey İnuzuka tərəfindən 7 sentyabr 2016-cı ildə Shōsetsuka ni Narō saytındakı bloqunda anons edilmişdir. Manqa Takaaki Kuqatsunun rəssamlığı ilə 2016-cı ilin noyabrından Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. Manqanın birinci fəslinin hekayəsini orijinal veb-romandakı kimi mençikatsu haqqında olacaq, lakin ikinci fəsil fərqli hekayəyə malik olacaq.
Cild siyahısı
Anime Anime adaptasiyası Cuppey İnuzuka tərəfindən 7 sentyabr 2016-cı ildə Shōsetsuka ni Narō saytındakı bloqunda anons edilmişdir. Square Enix nəşriyyatının 2016-cı ilin noyabrında "Young Gangan" jurnalının buraxılmış 23-cü sayında animenin serial olacağı açıqlanmışdır.
Qəbul Takarajimasha nəşriyyatı "Kono Light Novel ga Sugoi! 2016" kitabçasında ranobe seriyasını "Ən yaxşı yeni işlər" siyahısında 7-ci yerdə göstərmişdir.
İstinadlar
Xarici keçidlər
Shōsetsuka ni Narō-da
Kateqoriya:2015-ci ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2016-cı ilin manqaları Kateqoriya:Anime serialları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Yaponiya komediya romanları Kateqoriya:Yaponiya müəmma romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Seynen manqaları Kateqoriya:İsekay anime və manqaları Kateqoriya:Komediya anime və manqaları Kateqoriya:Müəmma anime və manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Kulinariya haqqında anime və manqalar Kateqoriya:Shōsetsuka ni Narō Kateqoriya:Square Enix manqaları Kateqoriya:Gangan Comics manqaları Kateqoriya:TV Tokyo verilişləri Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Əvvəlcə onlayn yayımlanmış ranobelər Kateqoriya:OLM, Inc. Kateqoriya:Şonen manqaları Kateqoriya:Seven Seas Entertainment komiks başlıqları