Ülviyyə Tahir (tam adı: Ülviyyə Tahir qızı Mustafayeva; 15 noyabr 1980, Bəydövül, Göyçay rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı yazıçı, tərcüməçi və publisist.

Həyatı

Ülviyyə Tahir qızı Mustafayeva 15 noyabr 1980-ci ildə Azərbaycan SSR, Göyçay rayonunun, Bəydövül kəndində anadan olmuşdur.

Təhsili

1987—1998-ci illərdə Göyçay rayonu, Ə.Əsgərov adına orta məktəbdə təhsil almışdır.

1998-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olmuş və 2002-ci ildə həmin fakültəni bitirmişdir.

2009-cu ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olmuşdur.

Fəaliyyəti

2009-cu ildə ilk hekayəsini yazmışdır.

2014-cü ildə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.Az” və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə həyata keçirilən “Anamın Kitabı” pyes müsabiqəsində "Anamın tabutu" adlı pyeslə iştirak etmiş və 44 balla 7-ci yer olub.

"Stokholm Sindromu" hekayəsilə "Ədəbi Azadlıq-2015" müsabiqəsində iştirak edib.

Hazırda 150-ə yaxın hekayə, araşdırma məqalənin və tərcümə kitablarının müəllifidir.

Əsərləri Müəllifi olduğu əsərlər

Şeytanın missiyası Üzü cəhənnəmə Buqələmun Ortaq şəhər (hekayələr kitabı) ALJİR Şükriyyə Taleyim

Tərcümə və şərhçisi olduğu əsərlər Co Navarro / Marvin Karlins, Bədən dili Nevzat Tarhan, Qadın psixologiyası (Kadın psikolojisi) (nəşr edilməyib)

İstinadlar

Həmçinin bax

Ceylan Mumoğlu

Xarici keçidlər Rəsmi bloqu

Ülviyyə Tahir — Azadlıq Radiosunun rəsmi saytında

Kateqoriya:Azərbaycanlı yazıçılar