Afrika kərkəsi və ya Rüppel kərkəsiƏN HÜNDÜRDƏ UÇAN QUŞ: RÜPPEL KƏRKƏSİ . 09.03.2018, travelstory.az () — Qara kərkəs cinsinə mənsub olan yırtıcı quşlardır. Növ alman zooloqu Eduard Rüppelin şərəfinə adlandırılmışdır.
Şimalda (Saxaranın cənubunda) və Afrikanın şərqindəki savannalarda geniş yayılmışdır. Bədəninin uzunluğu — 65—85 santimetr, çəkisi isə 4 — 5 kq olur. Olduğu yerlərin bir çoxu regionda dırnaqlı heyvanların sayından asılıdır.
Çoxalması Afrika kərkəsləri qayaların çıxıntılarında qruplar şəklində yuva salırlar. Onlar koloniyalar halında 10-dan 1000-ə qədər yuva qururlar. Cütlüklər həmişəlik yaranır. Böyük çubuqlardan hazırlanmış kobud yuvaya dişi 1-2 yumurta qoyur və hər iki valideyn yumurtaların qayğısına qalır.
Afrika kərkəsləri ən yüksəkdən uçan quşlardır. Hətta 1973-cü ilin noyabrın 29-da Kot-d’İvuarda 11277 m hündürlükdə bir təyyarə ilə Afrika kərkəsi toqquşmuşdur.
Qidalanması Əsasən leşlə qidalanırlar.
Şəkillər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Afrika quşları Kateqoriya:Kərkəs Kateqoriya:1852-ci ildə təsvir edilən quşlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər