Musa Sədi oğlu Pənahov () — Azərbaycan Respublikası Nazirlər Kabinetinin Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri

Həyatı Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlamışdır.

1984–1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı — Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993–2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cü il tarixli 102 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Hazırda Nazirlər Kabinetinin Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiridir.

Fəxri Dəmiryolçudur.

Ailəlidir, 2 övladı var.

İstinadlar

Kateqoriya:Fəxri dəmiryolçular