100 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 2 dəfə (1993 və 2005-ci illərdə) buraxılmışdır.
Tarixi 100 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdırMüstəqillik dövrü pulları . azerbaijans.com. Bu əsginaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdirMilli pulun tarixi (FOTOLAR) . modern.az, 15.08.2011Manat 24 yaşa çatdı . transparency.az, 15.08.2016. 100 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar MikayılzadədirMilli Valyutamızın ilk eskizlərinin müəllifi Publika. Az-a danışır. Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam . azadliq.org, 21.08.2012. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 100 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış"Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az , 2005-ci ildə yeni 100 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 100 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır.
Mövzusu Hazırda dövriyyədə olan 100 manatlıq əsginaslar 2005-ci ildə Azərbaycan Milli Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar iqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdurDövriyyədə olan əskinaslar — AZN . cbar.az.
Təsviri thumb|İlk əsginas üzərində təsvir olunmuş Qız qalasının real vəziyyəti İlk 100 manatlıq əsginasın ön tərəfinə Qız qalasının təsviri ilə yanaşı arxa fon təsvirləri də verilmişdir. Əsginasın arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üst tərəfində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuş, nominalın adı ortada sözlə verilmişdir.
Ağ kağızda, əsas rəngi bənövşəyi olmaqla 2005-ci ildə çap olunmuş əsginasların ön tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Qoşa Qala qapıları və Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir. thumb|300px|center|100 manatlıq əsginasın üzərində Elman Rüstəmovun imzası Bu əsginasların arxa fonunda isə Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.
Ölçüləri İlk 100 manatlıq əsginasın ölçüləri 125×63 mm idiDövriyyədən çıxarılmış əskinaslar — AZM . cbar.az.
2005-ci ildə dövriyyəyə buraxılmış 100 manatlıq əsginasların ölçüləri isə 155×70 mm-dir.
Mühafizə elementləri Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 100 manatlıq əsginasda su nişanı — üç alov təsvir olunmuşduAdlarını pula yazdıranlar . buro247.az. 2005-ci ildə çap olunmuş əsginasların üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehrli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.
Həmçinin bax Azərbaycan manatı 100 manatlıq sikkə
İstinadlar
Xarici keçidlər
Pul. preslib.az
Kateqoriya:Azərbaycan manatı Kateqoriya:Azərbaycan əsginasları Kateqoriya:1993-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:100-lük əsginaslar