Roza Ümbetqızı Camanova () — Qazaxıstan opera müğənnisi (soprano), SSRİ Xalq Artisti (1959).

Həyatı Roza Camanova 1928-ci ildə Aqtöbe şəhərində anadan olub. 1954-cü ildə Almatı konservatoriyasını bitirmişdir. 1953-cü ildən Qazaxıstan Opera və Balet Teatrının solisti olmuşdur. 1962–1980-cı illərdə Qazaxıstan Teatr Cəmiyyətinin sədri, 1968-ci ildə isə Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti olmuşdur. 1977-ci ildən Qazaxıstan Milli Konservatoriyasında dərs demişdir. Roza Camanova 27 dekabr 2013-cü ildə Almatıda vəfat etmişdir.

Yaradıcılığı

Partiyalar Sara – "Birjan və Sara", M.Tölebayev Nazıqum – "Nazıqum", K.Kojamiyarov Tatyana – "Yevgeni Onegin", Pyotr Çaykovski Çio-Çio san – "Çio Çio san", J.Puççini Marqarita – "Faust", Ş.Quno Aysulu – "Aysulu", S.Məhəmmədcanov Ajar – "Abay", Ə. Jubanov və L.Həmidi

Mükafatları Qazaxıstan SSR Əməkdar artisti (1957) SSRİ xalq artisti (1959) "Qırmızı əmək bayrağı" ordeni (1971) Qazaxıstan SSR Dövlət mükafatı (1972) "Xalqlar Dostluğu" ordeni (1978) "Lenin" ordeni (1986)

Ailəsi Əri – Baxıtbəy Koşmuhambetov — təqaüdçü, Qazaxıstan SSR Əməkdar artisti (1957)

Diskoqrafiya 2005 – CD "Qazaxıstan incəsənətinin dahi vokal ustası"

İstinadlar

Ədəbiyyat Azərbaycan Milli Ensiklopediyası. 5-ci cild. Bakı 2014. səh. 176

Kateqoriya:Opera ifaçıları Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Qazaxıstan müğənniləri