() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Bitkinin vətəni Kaliforniya və ABŞ-dır. Əsasən Avropanın isti zolağında, Cənubi Amerika və Avstraliyanın mülayim vilayətlərində təbii halda bitir.

Botaniki xarakteristikası Hündürlüyü 15–25 m-ə çatıb, düz dayanan iynəyarpaqlı ağacdır. Yaşlandıqda budaqları əyilir və şaxələnmiş çətir əmələ gətirir. Cavan bitkilərin çətiri sütunvarı, enli-konusvarı olub, diametri 1,5–2 m-dir. İynəyarpaqlar parlaq açıq və ya tünd həmişəyaşıl olub, qabıqşəkilli, limon qoxuludur, uzunluğu 0,1–0,2 sm-dir. May ayında çiçəkləyir. Çiçəklərin rəngi açıq sarıdır. Qozaları qonur, yumurtavarıdır, diametri 2–3,5 sm-dir. İsti sevəndir, torpağa az tələbkardır, nəmişliyə, küləyə orta davamlıdır, suyun dayanmasına dözmür. Onlardan yaxşı bonsay düzəltmək olur. İynəyarpaqlarından efir yağı alınır. Bu növ müxtəlif iqlim şəraitini və güclü budanmanı yaxşı keçirir, ona görə də ondan yaşıl hasarların salınmasında geniş istifadə edilir. Bir neçə müxtəlifliyi məlumdur.

Azərbaycanda yayılması Abşeronda son dövrlərdə mədəni əkinlərdə rast gəlinir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Həssas növlər