Taleh Həmid (Taleh Həmid oğlu Babayev; ) — Azərbaycan şairi, dramaturq, publisist və jurnalisti; SSRİ və Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1986).

Həyatı Taleh Həmid 19 iyun 1952-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra 1970–1972-ci illərdə sovxozda əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə ordu sıralarında xidmət etmiş, 1974–1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə başlamışdır. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışmışdır. 1975–1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alımışdır. Yaradıcılığının ilk illərində Respublika "Lenin komsomolu" mükafatına layiq görülmüşdür.Məni gözləyən olsa (şeirlər və poema). Bakı: "Yazıçı", 1989. səh.2 1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak etmişdir. Şeirləri və publisistik yazıları təkcə Azərbaycanda deyil, onun kənarlarında da işıq üzü görüb.

Bir sıra mətbu orqanlarında — "Ulduz" jurnalında şöbə müdiri (1979–1989), "Yeni fikir" qəzetində baş redaktor (1989–1992), "Müstəqil qəzet"in təsisçisi və baş redaktoru (1992–2005). vəzifələrində işləmişdir.

2005–2015-ci illərdə Regionların Inkişafının ictimai Birliyində sədr müavini işləyib.

1 noyabr 2016-cı ildə Bakıda vəfat etmiş, 2 noyabrda doğulduğu kənddə dəfn olunmuşdur.

Yaradıcılığı "Qapımı bahar döyür", "Dünya yaxşıdır hələ", "Mən gözləyən olsa", "Təltifsiz bulud" (Moskva), "Bu gündən sabaha", "Mənə ürəyində yaz yeri saxla", "Günəşdən gizlənir yay çiçəkləri", "Ömrün payız sovqatı", "Qarlı axşamların işığı", "Sənə məktublar yazıram" şeir və publisistik kitabları nəşr olunubdur. 2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülübdür.

2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülübdür. 2012-ci ilin noyabrında "VI Uluslararası Canakkala Seir axşamları" festivalında Azərbaycan poeziyasını təmsil etmişdir. 2015-ci ildə şair-publisist Taleh Həmidin "Yəhya bəy Dilqəm" adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Yazıçılar Birliyinin üzvüdür.

Kitabları Qapımı bahar döyür. Bakı: Gənclik, 1985. 68 səh. Məni gözləyən olsa (şeirlər və poema). Bakı: "Yazıçı", 1989. 88 səh. ISBN 5-560-00500-2 Непрощеные облака (стихи). Москва: "Молодая гвардия", 1990. 48 стр. ISBN 5-235-01635-1, ISSN 0131-2251 () Dünya yaxşıdı hələ... Bakı: Gənclik, 1992. 136 səh. Yaz çiçəklərinə qar yağır. Bakı: "Şərq-Qərb", 2000. 224 səh. ISBN 5-565-00312-1 Bu gündən sabaha (şeirlər). Bakı: Azərbaycan Milli Ensiklopediyası, 2004. 156 səh. ISBN 5-89600-393-5 Mənə ürəyində yaz yeri saxla (şeirlər). Bakı: "Çaşıoğlu", 2007. 216 səh. Günəşdən gizlənir yay çiçəkləri (şeir və poemalar). Bakı: "Çaşıoğlu", 2007. 209 səh. ISBN 978-9952-27-045-7 Ömrün payız sovqatı (publisistika). Bakı: "Çaşıoğlu", 2007. 190 səh. ISBN 978-9952-27-046-4 Qarlı axşamların işığı (məqalələr). Bakı: "Çaşıoğlu", 2007. 182 səh. ISBN 978-9952-27-047-1 Sənə məktublar yazıram. Bakı: "Qanun", 2012. 216 səh.

İstinadlar

Ədəbiyyat Dörd fəslin yaşantıları /İ.İsrafilov//Ədəbiyyat qəzeti. -2009.- 28 may.- Səh.5, 6. Şeir dərdin çiçəyidi… /E.Fuad (Şükürova Esmira Seyfəl qızı) filol. üzrə fəls. d-ru//Respublika qəzeti. -2008. — 20 mart . — Səh.7.

Xarici keçidlər Taleh Həmid in Facebook səhifəsi.

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qəzet redaktorları Kateqoriya:Ürək çatışmazlığından ölənlər Kateqoriya:Azərbaycan dramaturqları