Meqaralı Evklid (yun. Εὐκλείδης ὁ Μεγαρεύς, m. ö. 450 – 360) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin yaradıcısı. Diogenes Laertiusa görə, Aristippus üç hissədən ibarət olan “Liviyanın tarixi” və bir çox dialoqların müəllifi olmuşdurDiogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 88.. Evklid zamanımıza çatmayan dialoqların yazarı olmuşdur. Onun çoxlu tələbələri var idi.
Fəlsəfəsi Euklides hesab edirdi ki, dünyada yalnız Xeyir vardır, ona Həqiqət, Ağıl, Tanrı da deyilir. İnsan həyatının ən yüksək məqsədi onu dərk etməkdir. Dünyadakı bütün başqa şeylər və olaylar əslində yoxdur, onların var olması aldadıcıdır. Bir olan Xeyri deyil, başqa xeyirləri axtaranlar hər zaman ziddiyyətlərlə qarşılaşırlar. Beləliklə, Euklidesə görə varlıq birdirDiogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, p. 97..
Euklides həm də analogiyalarla (bənzər hallarla) nəyinsə haqqında qəti qərar verməyə qarşı çıxmışdır. Çünki, analogiya nə qədər hansısa olaya yaxın olsa belə, ondan fərqlənir və onun mahiyyətinə uyğun deyildir. Beləliklə, bir şey haqqında fikir yürütmək üçün bənzərinə deyil, o şeyin özünə müraciət edilməlidir.
Mənbə
Ədəbiyyat
Reale, Giovanni; Catan, John R. (1987), A History of Ancient Philosophy, Suny Press, p. 373. Kneale, William; Kneale, Martha (1984), The Development of Logic, Oxford University Press, p. 8. Эвклид, философ // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Həmçinin bax Meqara məktəbi
İstinadlar
Kateqoriya:Fəlsəfə Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:E.ə. 450-ci ildə doğulanlar Kateqoriya:E.ə. 360-cı ildə vəfat edənlər Kateqoriya:Qədim Yunanıstan filosofları