thumb|Anton Vayno Anton Vayno (, ; d. 17 fevral 1972, Tallin, Estoniya SSR, SSRİ) — Rusiya prezidenti Administrasiyasının rəhbəri (12 avqust 2016-cı ildən)Kremlin yeni boz kardinalı kimdir?.. qafqazinfo.az, 12.08.2016 .

Həyatı 17 fevral 1972-ci ildə Estoniya SSR-in paytaxtı Tallində anadan olmuşdur.

1996-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir.

Rusiyanın Yaponiyadakı səfirliyində, Xarici İşlər Nazirliyində işləmişdir.

2003-cü ildə Rusiya Prezident Administrasiyasına keçmiş və protokol xidməti İdarəsinə təyin olunmuşdur. O, bu idarədə müxtəlif vəzifələr tutmuşdur.

Putin prezident postunu Dmitri Medvedyevə ötürdüyü dövrdə baş nazir postuna keçəndə Anton Vayno Hökumət Aparatına təyin olunub, daha sonra aparat rəhbərinin müavini, baş nazirin protokol xidmətinin rəhbəri olmuşdur.

2012-ci ildə yenidən Putinlə Kremlə qayıtmış və Prezident Administrasiyasının rəhbərinin müavini təyin edilmişdir. 12 avqust 2016-cı ildə Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunana qədər həmin vəzifədə işləmişdir.

Həmçinin bax Karl Vayno

İstinadlar

Kateqoriya:Tallində doğulanlar Kateqoriya:Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları Kateqoriya:Estonlar Kateqoriya:Rusiya diplomatları Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:ABŞ Xəzinədarlıq Departamenti tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları